2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cahangir Hacıyev: “Rəis müavini məni cağırıb dedi ki…”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il həbs cəzası alan Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev mayın 11-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımova məktubla müraciət edib. Çünki Cahangir Hacıyev haqqında hökmdən verilmiş apellyasiya şikayətinə adıçəkilən hakimin sədrliyi ilə baxılır.

Vəkil məktubda göstərib ki, Cahangir Hacıyevin sağlıq durumunda ciddi problemlər var. Bu üzdən, hətta mayın 10-da istintaq təcridxanasında digər vəkili Aqil Layıcovla görüşə də gələ bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Fəxrəddin Mehdiyevin bu məktubundan sonra hakim də Cahangir Hacıyevin saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasının rəhbərliyinə məlumat verib. Təcridxananın rəis müavini Cahangir Hacıyevi çağırıb. Bu haqda məhkəmədə Cahangir Hacıyev özü məlumat verib.

O bildirib ki, bu gün vəziyyəti məhkəmədə iştirak etməyə imkan vermirdi. Amma təcridxananın rəis müavini onu çağırıb və məhkəməyə getməyini istəyib. Bundan sonra o, təcridxanadan məhkəməyə gətirilib.

Məhkəmədə Cahangir Hacıyevlə birlikdə mühakimə olunmuş, amma hökmdən narazı qalaraq, apellyasiya şikayəti vermiş təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun, Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən “İntersecurity” şirkətinin sabiq rəhbəri İbrahim Hüseynovun və bankın Mərkəz filialında çalışmış Yusif Ələkbərovun vəkilləri çıxış edib. Onlar mütəşəkkil dəstə ittihamının əsassız olduğunu bildiriblər.

“Yusif Ələkbərov Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın hüquq-mühafizə orqanlarına şikayəti əsasında həbs olunub. Əgər bunlar mütəşəkkil dəstə olsaydılar, Cahangir Hacıyev ondan şikayət edərdimi?”, – deyə Yusif Ələkbərovun vəkili bildirib.

İbrahim Hüseynov müdafiəçisi həmçinin qeyd edib ki, o, vəzifəli şəxs deyil, ona mənimsəmə ittihamının verilməsi qanunsuzdur.

Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.
Qeyd edək ki, adları çəkilən şəxslərdən Yusif Ələkbərova 8, İbrahim Hüseynova isə 7 il həbs cəzası verilib. Məmməd Cahangirov isə şərti cəza ilə azadlıqdadır. Bəraət almaq üçün apellyasiya şikayəti verilib. Məmməd Cahangirovun hazırda “AFB bank”ın İdarə Heyətinin üzvü olduğu bildirilir.

Vəkillərin çıxışından sonra Cahangir Hacıyev səhhətindəki problemlərlə əlaqədar məhkəmədə iştirakını davam etdirə və danışa bilmədiyini deyib. O, məhkəmədən vaxt istəyib.

Məhkəmə bu üzdən mayın 18-nə qədər təxirə salınıb.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button