2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Cavid Qurbanov baş nazir olacaqmı?

Bir il əvvəl Konstitusiyaya edilən dəyişikliklər nəticəsində vitse-prezidentlik institutunun yaradılması ilə baş nazir postunun formal xarakter daşıyacağı, hətta Nazirlər Kabinetinin ləğv ediləcəyi barədə iddialar irəli sürüldü.

Bu qənaətdə olanlar hesab edirdi ki, vitse-prezidentlik institutu yaradılandan sonra baş nazir postu əvvəlki əhəmiyyətini itirəcək. Çünki artıq baş nazir postu hakimiyyət iearxiyasındakı ikinci yerini itirəcək. Ölkənin ikinci şəxsi birinci vitse-prezident olacaq. Ondan sonrakı yerləri isə vitse-prezidentlər tutacaq. Vitse-prezidentlərin sayı açıqlanmadığına görə ( artıq birinci vitse-prezident postuna təyinat olsa da, vitse-prezidentlər hələ məlum deyil) baş nazir postunun da piramidakı yeri qeyri-müəyyəndir.

Lakin bu iddialar özünü doğrultmadı. Nazirlər Kabineti ləğv edilmədi. 80 yaşlı Artur Rasizadənin isə hələ də baş nazir postunda saxlanılması hakimiyyətin zirvəsində bu vəzifəyə yenə də ciddi önəm verildiyini ortaya qoydu.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün deyək ki, Artur Rasizadənin uzun müddət bu postda saxlanılması hakimiyyətdaxili balansı qorumaqla yanaşı, saray çevrilişi təhlükəsini önləmək məqsədi daşıyır. Yəni, Artur Rasizəda hakimiyyətdə heç bir qrupu təmsil etmir. Qruplaşmalar üçün ortaq fiqur hesab edilir. Digər tərəfdən o, siyasi iddiası olmayan, birinciliyə can atmayan şəxs kimi xarakterizə edilir.

Bütün bunlar baş nazir postu uğrunda mübarizənin hələ səngimədiyi qənaətini yaradır. Yayılan məlumatlar bu qənaəti daha da möhkəmləndirir.

Az24saat.org xəbər verir ki, bir müddət əvvəl yayılan məlumatlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun baş nazir olmağa hazırlaşdığı iddia edilirdi. Bu məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, Cavid Qurbanova hakimiyyətdəki nüfuzlu qruplaşmalar da dəstək aldığı bildirilir. Onun məqsədinə çatıb-çatmayacağını söyləmək bir qədər çətindir.

Cavid Qurbanov nüfuzsuz məmur olmasa da, onun fəlaiyyətilə bağlı hər zaman narazılıq olub. İstər “Azəryolservis”in sədri olan zaman, istərsə də indi. Yeri gəlmişkən, Cavid Qurbanov 1994-cü ildə ozamankı prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”

Cavid Qurbanovun rəqibləri zaman-zaman sözügedən fərmandan yararlanıblar. Əgər Cavid Qurbanovun baş nazir olmaq iddiasına düşdüyü barədə məlumatlar doğrudursa, o zaman rəqiblərinin yenidən bu məsələni gündəmə gətirəcəklərini gözləmək olar.

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button