2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cavid Qurbanovun xəstəxanası var?

Cavid Qurbanov «Azərbaycan Dəmiryolları» Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra bu sahədə çox böyük islatahlar həyata keçirməyə başlayıb. Bakı-Sumqayıt dəmiryol xətt yenidən çəkildi və sürətli reys açıldı. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi sürətləndirildi, uzaq Çini Avropaya birləşdirəcək çox mühüm dəmiryol xətti qarşıdakı ilin mart-aprel aylarında istifadəyə veriləcəyi gözlənilir ki, bu da ölkəmizin büdcəsinə yüz milyonlarla xeyir gətirəcək. Bundan başqa, qısa bir zaman kəsiyində Naxçıvanı Məşədə birləşdirəcək dəmir yolunun da tikintisi başa çatdı, bugünlərdə istifadəyə veriləcək. Eyni zamanda şimalı cənuba birləşdirəcək Astaradan keçən dəmiryol xəttinin tikintisi də sürətlə davam etdirilir.

Köhnə dəmir yolları xətləri sürətli qatarların hərəkəti üçün yenidən inşa edildi. Avropa standartlarına uyğun elektrovozlar və vaqonlar gətirildi. Sərnişinlərin mənzilbaşına rahat çatmaları üçün hər cür şərait yaradıldı. Bilet satışları onlayn sistemə keçdi. Bəzi layihələr əvvəlcədən planlaşdırılsa da, işlər ləng gedirdi. Cavid Qurbanov bu təşkilata Möhtərəm Prezidentimiz tərəfindən sədr təyin edildikdən sonra layihələrin həyata keçirilməsində inqilabi dərəcədə dəyişiklik oldu.
Bir sözlə, Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu iqtisadi siyasəti «Azərbaycan Dəmiryolları» Qapalı Səhmdar Cəmiyyəti layiqincə yerinə yetirİlməyə başladı.
Qısası, Azərbaycan Dəmiryolları böyük uğurlara imza atır. Bizdə belədi də bir təşkilat, ya bir Nazirlik, ya bir komitə dövlətin tapşırıqlarını layiqincə yerinə yetirirsə, onun işinə pəl vurmaq lazımdır, badalaq atmaq lazımdır və sairə və ilaxır. Və bu təşkilatın cəmiyyətdə nüfuzunun artması deyəsən çoxlarını narahat edir.
Oxuyuruq, Hesablama Palatası dəmiryol xəsətəxanasında apardığı yoxlamalarda 2014-2015-ci illərdə büdcədən kənar xərcləmələrə yol verilib. Və bunu Cavid Qurbanovun ayağına yazırlar: «Cavid Qurbanovun xəstəxanasında nələr baş verir?». Əvvəla Cavid Qurbanovun xəstəxanası yoxdu. Dəmiryol təşkilatı özəl təşkilat deyil ki, Cavid Qurbanovun olsun. İkincisi, C.Qurbanov 2014-cü ildə bu təşkilata rəhbərlik eləmirdi və təbii ki, həmin xəstəxanaya da cavab verəcək məsul şəxs deyildi. Qurbanov bu vəzifəyə 2015-ci ilin fevralının sonlarında təyin olunub. Və böyük layihələri və islatahları həyata keçirməklə bərabər bu təşkilatı yığıb-yığışdırmağa təbii ki, ən azı 3-4-5 ay vaxt lazımdı. Eləcə də kadr məsələləri. Məntiqlə 2015-ci ildə həmin xəstəxanadakı müəyyən çatışmazlıqları Cavid Qurbanovun ayağına yazmaq düzgün deyil.
Onu da qeyd edim ki, bu xəstəxanada üzə çıxan nöqsanları bir tərəfə qoyaq, amma dəmiryol xəstəxanası və poliklinikası həmişə üzağardan bir tibb ocağı olub. Burada çalışan tibb personalının səviyyəsi də yüksək olub. Həm bu xəstəxanaya, həm də poliklinikaya təkcə dəmiryolçular deyil, hamı müraciət edib. Və bu gün də təşkilatın tibb müəssisələrinin fəaliyyəti yenidən qurulub. Hətta bəziləri yazırlar ki, bu tibb müəssisələri ləğv olunsun. Niyə? Möhtərəm Prezidentimiz səhiyyənin gücləndirilməsi üçün sərəncamlar imzalayıb, bu sahədə böyük işlər görülür, yenə xəstəxanalar, tibb ocaqları tikilir. Belə olduğu halda Dəmiryolunun tibb ocaqları niyə ləğv olunmalıdı və niyə başqa müəssisəyə verilməlidi?
Bu təşkilatı tənqid eləmək üçün nəyisə axtarırılar, özlərindən uydururlar, təki həm mətbuatda, həm də sosial şəbəkələrdə bu təşkilat müzakirə olunsun, görülən işlərə kölgə salınsın. Məsələn, dünən saytlarda vardı, guya köhnə vaqonları, daha dəqiq desək, istifadəyə yararsız vaqonları, çəlləkləri (sisterna) metalloma verərkən qiymətlər şişiridilir və ortada da fakt yox. Və cavan bir kadrın adını hallandırırlar, gözdən salmağa çalışırlar. Bütövlükdə isə hədəf Dəmiryol İdarəsidi.
İqtisadçı Qubad İbadoğlunun maraqlı bir fikrinə rast gəldim. Deyir ki, yarış gedir. Yarışı izləyənlərin yarısı intizarla kimlərin qalib gələcəyini gözləyirlər ki, alqışlasınlar, qaliblərin sevincinə şərik olsunlar. Bir parası da gözləyir ki, bu yarışda kimlərsə qəzaya uğrasın və onlar qəza törədənləri fitə bassınlar, bu qəzalara sevinsinlər.
Dostlar, yarışlarda, eləcə də Azərbaycanın bütün uğurlarında qalibləri alqışlamaq arzusu ilə yaşayın, qəzaları gözləməklə yox.
Əbülfət Mədətoğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button