2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çavuşoğlu’ndan Rusiyaya: “Əsəd inadınızı artıq buraxın”

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Suriyadakı son hadisələrlə əlaqədar Rusiyanın Əsəd inadını buraxması və keçid hökumətinin qurulmasına başlanmasının lazım gəldiyini söyləyib.

Çavuşoğlu deyib: “Daha əvvəl kimyəvi silah istifadə etdi. Kimyəvi silahların aradan qaldırılmasına cəhd edən ölkələr oldu. Lakin daha sonra da bu rejim (Əsəd) kimyəvi silahsız insanları öldürməyə davam etdi… Biz bir həll prosesi başlatdıq. O müddətdə belə pozuntulara baxdığınız zaman hamısı rejim, ya da rejimi dəstəkləyən və İranın da dəstəklədiyi şiə qrupu “Hizbullah”dan qaynaqlandı. Biz xüsusilə Rusiyanı dəfələrlə xəbərdar etdik: “bunların təminatçısı sizsiniz.”

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra 3-cü Astana toplantısında İranı da rəsmi olaraq xəbərdar etdik. Yəni rejimin və dəstəkçilərinin atəşkəs pozuntularını qarşısını almaq təminatı olsun. Lakin rejim daha da irəli gedərək, kimyəvi silah istifadə etdi. Daha əvvəl istifadə etdiyi zaman da qırmızı xətt keçilmişdi. Amma təəssüf ki, o zaman lazım olan edilmədiyi üçün rejim öldürməyə davam etdi. Son zamanlarda bəzi ölkələr, ABŞ daxil, “rejimin gələcəyinə Suriya xalqı qərar versin” deməyə başladı. Bu, Əsədi daha da cəsarətləndirdi. Bu qədər döyüş cinayəti işləyən bir rejimi qanuniləşdirməyə çalışsanız, o rejim öldürməyə davam edir. Yalnız bir hücum çatmaz, bu rejimin getməsi lazımdır. Keçid prosesinin başlaması lazımdır…”
Nazir Rusiyaya xitabən “siz də bu Əsəd inadınızı buraxın və keçid hökuməti başlasın, atəşkəsin də pozulmaması lazımdır” deyib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button