Dünya
Cemal Enginyurt: Kılıçdaroğlu dərhal açıqlama verməlidir ki, məni daxili işlər naziri edəcək

28 May seçkilərinə qısa günlər qalmış daha bir maraqlı gediş gəldi. Açıqlamaları ilə diqqət çəkən Cemal Enginyurt canlı yayımda etdiyi çıxışda Kamal Kılıçdaroğluna xitab edib. Enginyurt açıqlamasında, “Kemal Kılıçdaroğlu dərhal məni daxili işlər naziri edəcəyini açıqlamalıdır. Süleyman Soyluya qarşı yalnız mən duruş gətirə bilərəm. Bunun dilinə ancaq mən cavab verə bilərəm” deyib.