Bizim tərcümə

Çernobıl itləri… Nüvə fəlakətindən necə sağ çıxdılar?

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-05 08:00:08

class=”medianet-inline-adv”>

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyevdən 130 kilometr şimalda yerləşən Çernobıl şəhəri bəşər tarixinin ən dəhşətli ekoloji fəlakətlərindən birinin şahidi oldu. Minlərlə insanın ölümünə səbəb olan fəlakətdən sağ çıxmağı bacaran canlılar da olub. Nüvə fəlakətinin baş verdiyi bölgədə illərdir çoxalmış itlər alimlərin diqqətini çəkib. Mütəxəssislər hesab edirlər ki, bu itlərin tədqiqi həm də insanlara ən sərt, ən pis mühitlərdə necə sağ qalmaqla bağlı yeni ipucları verə bilər. “Science Advances” jurnalında onlar ötən gün Çernobılın nüvə çirklənməsinin məskunlaşdığı zonada yaşamağa davam edən 302 it üzərində apardıqları ilk genetik araşdırmanın nəticələrini dərc ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

class=”medianet-inline-adv”>

ONLAR mutasiyaya uğramışlar

Bölgədə həyatını itirən və ya qəzadan sonra bölgəni tərk etmək məcburiyyətində qalan insanların ev itlərinin nəslindən olan bu heyvanların, onları dünyadakı digər itlərdən fərqləndirəcək genetik mutasiyalar keçirdikləri düşünülür. Tədqiqatın müəlliflərindən biri, Milli İnsan Genomu Tədqiqat İnstitutundan genetik Elaine Ostrander, bu itlərin bir çox suala cavab vermək üçün qızıl fürsət təqdim etdiyini qeyd edərək, “Belə sərt bir mühitdə necə sağ qalırsan” deyir. Alimlər hesab edirlər ki, tədqiqat heyvanların və insanların dünyanın ekoloji cəhətdən hücuma məruz qalan hissələrində və kosmosun yüksək radiasiya mühitində necə sağ qala biləcəyinə dair fikirlər verən geniş tətbiqlər üçün imkanlar təqdim edə bilər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button