Xəbərlər

Ceyhun Bayramov: “Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”

Bakı/14.10.21 Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov oktyabrın 14-də Minskdə Müstəqil Dövlətlər Birliyi ölkələri Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edib.

O bildirib ki,  Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığa, habelə Müstəqil Dövlətlər Birliyinin üzvü olan bütün ölkələrlə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə və dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

Bayramov öz çıxışında qeyd edib ki, 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın işğalına son qoyulub və ölkəmizin bütövlüyü təmin edilib.

Bununla yanaşı, o, mina təhlükəsinin davam etdiyini deyib. Azərbaycan sülhyaratma səylərinə, o cümlədən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə böyük əhəmiyyət verir.

O, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı tarixi, dini və mədəni irsin məhv edilməsi barədə toplantı iştirakçılarına məlumat verib.

Bununla yanaşı, Bayramov qeyd edib ki, münaqişə keçmişdə qalıb və indi əsas məqsəd azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır.

Azərbaycan beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin pozulmazlığına hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Bakı həmin prinsiplərə uyğun olaraq Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlamasına çağırıb.

Nazir xüsusilə qeyd edib ki, Azərbaycan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiyaların açılması haqda razılaşmaların yerinə yetirilməsinə sadiqdir. —06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button