2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib”

Bunu Baş Prokurorun müavini öz məqaləsində təhlil edib

Baş Prokurorunun müavini Namiq Əsgərovun bizimyol.info-ya göndərilmiş geniş məqaləsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamının, eləcə də, Milli Məclisin 20 oktyabr 2017-ci ildə qəbul etdiyi qanuna geniş təhlili verilib. Məqalə deyilir ki Sərəncamın icrası ilə bağlı Ədliyyə Nazirliyi, Ali Məhkəməsi və Baş Prokurorluq tərəfindən birgə işçi qrupu yaradılaraq geniş təkliflər paketi hazırlanıb təqdim edilib: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin 20 oktyabr 2017-ci il tarixli iclasında qəbul edilmişdir. Qanun demokratik məzmununa, sosial mahiyyətinə, cinayət qanunvericiliyinə edilən yeniliklərin sayına və həcminə görə bu qanunvericilik sahəsinin indiyədək mövcud olmuş təkmilləşdirilməsi təcrübəsində ən önəmli yer tutur. Yeni qanunla Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayətlərin, xüsusilə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılmasını, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ olan, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların əlavə edilməsini, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi əsaslarının genişləndirilməsini, bu məqsədlə Cinayət Məcəlləsinə yeni cəza növü kimi-məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsini, zərərçəkmiş şəxslə barışıq institutunun daha da təkmilləşdirilməsini və digər məsələləri əhatə etmişdir.

Yeni qanuna əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 cinayət əməli dekriminallaşdırılmış, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsasları genişləndirilərək, 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödənişin edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə isə narkomaniya xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi təsbit olunmuş, 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilməsi, 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının daha az müddətlərinin müəyyən edilməsi yolu ilə yüngülləşdirilməsi nəzərdə tutulmuşdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, Cinayət Məcəlləsinin Xüsusi hissəsində 36 cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş hədlərinin azaldılması nəticəsində 18 cinayət əməli az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli xüsusilə ağır cinayət kateqoriyasından ağır cinayət kateqoriyasına keçirilmiş, 13 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmuş müddətlərinin həmin cinayətlərin kateqoriya dəyişikliyinə səbəb olmayan həddə azaldılması həyata keçirilmişdir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun qəbulu ilə əlaqədar prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və səmərəli icrasının təmin olunması məqsədilə Baş Prokurorluq üzrə geniş Tədbirlər planı hazırlanaraq 13 noyabr 2017-ci il tarixdə təsdiq olunmaqla icrasına başlanılmışdır. Tədbirlər planında Baş Prokurorluqda, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli qanunun müddəalarından irəli gələn məsələlərə həsr olunmuş konfrans və dəyirmi masaların, prokurorluğun struktur qurumlarında bu məsələlərə həsr edilmiş seminarların, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə idarələrarası məşğələlərin keçirilməsi, prokurorluq orqanlarında keçirilən seminar məşğələlərin tematik planlarına yeni qanuna dair mövzuların daxil edilərək öyrənilməsi nəzərdə tutulmuşdur”

Baş Prokurorun müavini bu dəyişiklikləri “ölkənin hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni mərhələsinin başlanğıcı” adlandırıb və “ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə” kimi dəyərləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button