Bizim tərcümə

Çində güclü yanğın: 10 ölü, 9 yaralı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-25 15:36:50

Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərinin Tianşan rayonunda yaşayış binasının 15-ci mərtəbəsindəki mənzildə yanğın baş verib.

Bildirilib ki, yataq otağında çoxlu priz alovlandıqdan sonra başlayan yanğın yerli vaxtla saat 19:49 radələrində başlayıb. Yanğınsöndürənlər 17-ci mərtəbəyə yayılan yanğını təxminən 3 saatdan sonra söndürə biliblər. Yanğın nəticəsində 10 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb. Yaralılar tibb işçiləri tərəfindən xəstəxanaya aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Baryerlər söndürmə cəhdlərinə mane olub

Sosial mediada paylaşılan görüntülərdə yanğına müdaxilə etmək istəyən yanğınsöndürən maşınların Covid-19 ilə mübarizə səbəbilə maneələrlə bağlanan küçələrdən keçməkdə çətinlik çəkdiyi görülüb.

Digər tərəfdən, Çin mətbuatına görə, yanğının baş verdiyi mənzilin yerləşdiyi ərazinin epidemiya ilə mübarizədə aşağı risk olaraq təyin olunduğu iddia edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button