Bizim tərcümə

Çində gündəlik Covid-19 hadisələrinin sayı ilk dəfə olaraq 40 mini keçib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-28 17:08:59

Çin sürətlə yayılan Covid-19 epidemiyası ilə mübarizə aparmağa çalışır. Çin Milli Səhiyyə Komissiyasının açıqladığı son 24 saat ərzində Covid-19 məlumatlarına görə, materik Çində 3 min 822 simptomatik və 36 min 525 asemptomatik olmaqla cəmi 40 347 yeni hadisə aşkar edildi. Ən son məlumatlarla ölkədə ilk dəfə yoluxma sayı 40 mini keçib.

Omicron-un BF.7 mutasiyasının sürətlə yayılmağa davam etdiyi paytaxt Pekində 3848 yeni Covid-19 hadisəsi qeydə alınıb. Çinin cənub-qərbində 32 milyon əhalisi olan Çonçinqdə və ölkənin cənubunda 19 milyon əhalisi olan Quançjouda da epidemiyanın qarşısını almaq üçün tədbirlər görülür. Son 24 saat ərzində Çonçinqdə 9685, Quançjouda 7365 və Şanxayda 144 yeni Covid-19 hadisəsi qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Son 24 saat ərzində Covid-19-dan ölüm qeydə alınmayan ölkədə epidemiya başlayandan bəri 5 min 233 nəfər ölüb.

Noyabrın 24-də Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərinin Tianşan rayonunda yaşayış binasının 15-ci mərtəbəsində baş verən yanğında 10 nəfər həyatını itirib. Yanğınsöndürənlər yanğını təxminən 3 saatdan sonra söndürə biliblər.

Urumçinin 4 milyon sakininin əksəriyyəti ölkənin ən uzun müddətə karantin rejimi altındadır və burada onlara 100 günə qədər evlərini tərk etmək qadağan edilib.

Dünyanın qalan hissəsindən fərqli olaraq, Çin 2020-ci ilin əvvəlindən “Sıfır Covid” strategiyası çərçivəsində sürətli təmasların izlənməsi, tez-tez sınaq, uzunmüddətli karantin və küçələrin dezinfeksiya edilməsi kimi təcrübələri tətbiq etməklə epidemiya ilə mübarizə aparır. Sıfır Covid strategiyasına görə həyata keçirilən sərt tədbirlər son vaxtlar ölkənin müxtəlif şəhərlərində etirazlara səbəb olub. Noyabrın 14-də ölkənin cənubundakı meqapolislərdən biri olan Quançjouda insanlar küçələrə çıxaraq karantinin ləğvi üçün şüarlar səsləndiriblər. Etirazçılarla polis və ağ qoruyucu kombinezonlu məmurlar arasında toqquşma olub.

var dlmPlayerLabel_x8fvkil = {embedUrl: ” ” “cinin-bircok-kentinde-covid-onlemlerine-karsi-protesto”,itemId: “42178240”,mainCategory: “Ne Oluyor”,category: “Haber”,tags: “Çin,covid,koronavirüs,protesto,son dakika,haberler”,isSpotVideo: “false”,playType: “newsdetail”,pubName: “hurriyet”,pubContentId: “42178526”,pubCategory : “hr_dunya”,pubCatlist: “c1_dunya,c2_cin,ct_cin,ct_koronavirus,ct_dunya”,videoSource : “dailymotion”};

Çinin bir çox şəhərində Covid tədbirlərinə etiraz

daha çox video üçün

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button