Bizim tərcümə

Çində xəstəxanalarda yer tükənir, xəstələr dəhlizdə müalicə olunur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-28 16:01:56

Noyabr ayında baş verən ümummilli etirazlardan sonra Çin rəhbərliyi 2020-ci ilin əvvəlindən həyata keçirilən “Sıfır Covid” strategiyasını effektiv şəkildə dayandırdı. Xəstəxana və apteklərlə yanaşı, Çin xalqı atılan radikal addıma hazırlıqsız yaxalanıb. Çində səhiyyə sistemi epidemiya başlayandan bəri yoluxmaların artması səbəbindən ən çətin günlərini yaşayır. Bəzi şəhərlərdə həkimlərdən yoluxmuş və qızdırmalı olsalar da işə qayıtmaları istənilib, bəzi şəhərlərdə təqaüdçülər vəzifə yerinə çağırılıb.

Sosial mediada paylaşılan görüntülərdə xəstəxanaların təcili yardım şöbələri daxilində və xaricində uzun növbələr görünüb. Otaq və çarpayı tapa bilməyən xəstələrin dəhlizlərdə çarpayı və xərəyələrdə müalicə gözlədikləri bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkədəki krematoriya və morqlarda da böyük sıxlığın olduğu bildirilir. Cəsədləri daşıyan avtomobillərin krematoriyaların qarşısında uzun növbələr yaratdığı görülüb.

Hazırda Çində yalnız Covid-19-un səbəb olduğu pnevmoniya və tənəffüs çatışmazlığı səbəbindən həyatını itirənlər “Covid-ilə bağlı ölüm” kimi qeydə alınır. Səlahiyyətlilər epidemiya statistikasına əsas xəstəliyi olanları daxil etmir.

Çin Milli Səhiyyə Komissiyasının dünən verdiyi açıqlamada yanvarın 8-dən etibarən xaricdən Çinə daxil olanlar üçün tətbiq olunan karantinin ləğv edildiyi bildirilib. Komissiya, Covid-19-un artıq ölkənin epidemik xəstəlik təsnifatında ən yüksək səviyyə olan A kateqoriyasına aid edilməyəcəyini açıqladı.

Digər tərəfdən, Milli Səhiyyə Komissiyası gündəlik halların sayının artıq açıqlanmayacağını açıqladı. Materik Çində gündəlik halların və ölümlərin sayını dəqiq müəyyən etmək mümkün olmasa da, bəzi yerli hökumətlər modellərə əsaslanaraq açıqlamalar verdilər. Çinin cənubundakı Guangdong əyalətinin Dongguan şəhəri, kompüter modelləri və ekspert qiymətləndirmələrinə görə gündəlik yoluxma sayının 250 ilə 300 min arasında olduğunu açıqladı. Təxminən 57 milyon insanın yaşadığı Zhejiang əyalətinin səhiyyə orqanları da ötən bazar günü açıqlama verərək əyalətdə gündəlik yoluxma hallarının sayının 1 milyonu keçdiyini açıqlayıb.

Çin Səhiyyə Komissiyası keçən həftənin cümə günü materik Çində 4,128 hadisənin qeydə alındığını açıqladı. Bazar ertəsi və çərşənbə axşamı ölkədə Covid-19 səbəbiylə cəmi 4 ölüm hadisəsinin baş verdiyi bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button