Bizim tərcümə

Çində yük maşını dəfn karvanına çırpılıb: 19 ölü, 20 yaralı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-08 14:13:57

class=”medianet-inline-adv”>

Yerli vaxtla səhər saat 1:00 radələrində Çinin Tszyansi əyalətinin paytaxtı Nanchang yaxınlığındakı S517 şossesində yük maşını dəfn karvanında olan avtomobillərə çırpılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli mətbuatda yer alan xəbərə görə, yüksək sürətlə gələn yük maşını arxadan vurduğu karvanı yarıb və bəzi vasitələri sürükləyib. İlkin məlumata görə, qəza nəticəsində azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılsa da, hadisə şahidləri ölən və yaralananların çoxunun dəfn mərasimində iştirak edənlər olduğunu bildirib.

Polis qəzadan təxminən 1 saat sonra qatı duman səbəbiylə sürücülər üçün görüş məsafəsi xəbərdarlığı edərkən, qəza ilə bağlı araşdırma başladıldı.

Keçən yanvar ayında Çində dumanlı havanın görmə qabiliyyətini azaltması səbəbindən magistral yolda yüzlərlə avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermiş və hadisədə 1 nəfər həlak olmuşdu.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button