2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Con Kerri Bakıda keçiriləcək COP29-a dəvət olunub

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşüb.

Dövlət başçısının saytının məlumatına görə, Kerri Əliyevi prezident seçkilərində qələbəsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi qərarının qəbul edilməsi münasibətilə təbrik edib.

Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan “iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini bir daha nümayiş etdirib”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji və yaşıl keçid prosesi sahəsində milli səviyyədə ciddi tədbirlər həyata keçirilir. Və bu istiqamətdə Bakı regional və qlobal səviyyədə tədbirləri yaxından dəstəkləyir. Buna misal olaraq, Əliyev alternativ mənbələrdən hasil edilən enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel çəkilişi layihəsini adlandırıb. Azərbaycan Xəzər dənizinin dibi boyunca oxşar enerji kommunikasiyasının qurulması üçün də Mərkəzi Asiya ölkələri ilə işləyir.

İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək.

Con Kerri iqlimin maliyyələşdirilməsinin gündəmdə yüksək yer tutduğunu vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaşıl keçidlə bağlı texnoloji inkişaf çox sürətlə gedir və bu istiqamətdə yaxşı nəticələr əldə edilir.

Prezident Əliyev Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Kerri dəvəti məmnuniyyətlə qəbul edib.

Maraqlıdır ki, indiyədək Azərbaycanın iqtidaryönlü təbliğatı Kerrini ABŞ erməni lobbisinin fəal fiqurlarından biri kimi təqdim edib.

Bu, xüsusilə Kerrinin dövlət katibi olarkən ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətini tənqid etdiyi zaman xatırlanırdı.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button