2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Çörək satmaqla icra başçısı olan Mübariz Ağayevə çörək danlağı

Göyçay rayonu Natəvan küçəsi ev 8-də yaşayan və 5 uşaq anası olan Lamiə Məcidova Sarxanın qızı bir neçə gün öncə media vasitəsi ilə  ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciəti yayınlanmışdı.

Müraciətdə Göyçay sakini ailəsinin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətdən yazaraq kömək göstərilməsini xahiş etmişdi. Onun yazdığı “İmkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar“ sözləri isə həmin müraciətin kulminasiya sonluğudur.

Saytların yığılması Saytlarin yigilmasi

0a2ae5f7-65db-40e3-ab1e-698a76a2267f

Görəsən, ölkə vətəndaşlarını belə ürəkağrıdan cümlələr yazmağa nə vadar edir? Bunun isə sadə bir cavabı var. Hamı kimi bu ailənin də istəyi normal dolanmaq, uşaqlarını böyütmək, təhsil vermək və cəmiyyətin layiqli vətəndaşına çevirməkdir. 5 azyaşlı uşaqla üstü açıq, döşəməsi olmayan bir hasarın içində yaşayan, işığı, qazı, suyu, hətta televizorları belə olmayan işsiz bu valideynlərin başqa nə arzusu ola bilərki?

7e430622-f1cb-4a7f-8906-0598effce090

Ancaq çox zaman yerlərdən istər ölkə başçısına, istərsə də birinci xanıma edilən müraciətlər yerli icraedici orqanların heç də ürəyincə olmur. Onların fikrincə, vətəndaş öz problemini yaşadığı rayonda həll etməli və Bakıya şikayət göndərməməlidir. Maraqlı düşüncədir. Ancaq onları bu kökə salan və yazmağa vadar edən rayon icra hakimiyyətlərinin başçılarıdır, çünki prezident onları vətəndaşların problemlərini həll etmək və istəklərini həyata keçirmək üçün bu vəzifəyə qoyub.

Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin, görəsən bu vətəndaşın düşdüyü bəladan xəbər varmı? Xəbəri varsa, niyə əncam qırmır, xəbəri yoxdursa, deməli, rayonu idarə edə bilmir. Yəqin 1-ci müavin İkram Vəliyev, mavinlər –  Ədalət Dövlətov və Rəxşəndə Rəcəbova sadəcə ona yalan məlumat verirlər: “Rayonda heç kimin problemi yoxdur, hamı xöşbəxt, firavan yaşayır”.

1359fff0-10c2-4cba-820f-406e9fd7ec57

Bir vaxtlar çörəyini çörək satmaqla çıxaran Mübariz Ağayev çox böyük ehtimalla bu yazıdan sonra həmin ailəyə baş çəkəcək, 1995-1997-ci illərdə direktor işlədiyi Göyçay rayon 17 saylı çörək zavoduna göstəriş verəcək ki, hər gün Məcidovlar ailəsinə pulsuz 5 çörək göndərilsin.

Sonra evləri təmir edilənədək yaşamaq üçün onlara yataqxana ayrılacaq, uşaqlara məktəbli forması veriləcək, ataya daimi işləmək üçün fəhləlik işi təklif ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş ediləcək ki, onların işsizlik müavinətləri hesablansın və təcili surətdə ödənilsin. Səhiyyə Nazirliyinin yerli poliklinika və xəstəxanalarına tapşırılacaq ki, bu ailənin sağlamlıq durumları yoxlanılsın və pulsuz dərmanlarla təmin edilsin.

İş adamları isə onları müvəqqəti ərzaq və geyimlərlə təmin edəcək.

soyuducu

Göyçay rayon icra hakimiyyətinin bu ailə üçün görəcəyi minimum işləri sadəcə sadaladıq. Çox böyük ehtimalla Mübariz Ağayev ağayanə hərəkət edərək Azərbaycanın 7 övladının normal həyata qaytarılması üçün əlindən gələni edəcək və o zaman  olaraq ona ilk təşəkkürümüzü biz çatdıracağıq. Hələlik, isə ona təşəkkür düşmür, danlaq düşür. Azərbaycan vətəndaşının özünü Somali vətəndaşına bənzətməsi məhz onun günahı üzündən baş verib.

İndisə o günahı yumağın vaxtı gəlib. 10 ildir ki, bir neçə rayonda icra başçısı vəzifəsində çalışan bu şəxsin özünün də böyütdüyü 4 övladı var. Belə olan halda onun 5 azyaşlı uşağın qarnını doydurmaq zövq və vətəndaşlıq hesabına olacaq.

Qeyd: Hadisəni nəzarətdə saxlayacağıq və yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Zahid Səfərov, AzToday.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button