2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Çörəkpulu” və digər imtiyazlar ləğv olunub?

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün aylıq “çörəkpulu”nun və digər imtiyazların ləğv olunmasına dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən belə bir qərar verilməyib: “Bu barədə yazılanlar yalandır”.

Qeyd edək ki, dünən KİV-də yayılan xəbərə görə, Əli Həsənovun qərarı ilə işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik  məbləğində vəsaitdən məhrum ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa məcburi köçkünlərə  kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və  nəzərdə tutulan imtiyazlar da ləğv edilib. İndiyədək həmin kommunal xərcləri Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi aidiyyatı üzrə “Azəriqaz”a və “Azərişıq”a ödəyidi. Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button