Bizim tərcümə

Cənubi Afrika sanksiyaya məruz qalan rus oliqarxının Keyptaun gəmisini qəbul edəcəyini açıqladı.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-26 10:25:05

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Mordaşova məxsus 521 milyon dollarlıq yaxta bu həftənin əvvəlində Honq Konqdan çıxıb.

Cənubi Afrikadakı müxalifət partiyaları hökuməti 141 metr uzunluğundakı “The Nord” adlı yaxtanı ələ keçirməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Cyril Ramaphosa-nın sözçüsü Vincent Magwenya, Qərbin tətbiq etdiyi sanksiyalara əməl etmək üçün “heç bir səbəb” görmədiklərini söylədi.

“Cənubi Afrikanın ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalara əməl etmək üçün heç bir hüquqi öhdəliyi yoxdur” deyə Maqvenya çərşənbə axşamı Pretoriyada jurnalistlərə bildirib.

Ölkəsinin yalnız BMT-nin xüsusi olaraq qəbul etdiyi sanksiyalara əməl etməyə borclu olduğunu əlavə edən Maqvenya Mordaşovun BMT qarşısında heç bir sanksiyaya məruz qalmadığını bildirib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb ölkələri mindən çox rusiyalı şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.

Ramafosa hökuməti isə indiyədək Rusiyanı birbaşa tənqid etməkdən çəkinib və işğalı pisləyən BMT səsverməsində bitərəf qalıb.

Müxalifətdə olan Demokratik Alyans Partiyasından olan Keyptaun meri Geordin Hill-Lewis Twitter-də “onun şəhərində Putinin əlaltıları üçün yer olmadığını” bildirib və yaxtanın şəhərə girişinə qadağa qoyulmasını tələb edib.

Mordaşovun yaxtanın içində olub-olmadığı məlum deyil. Bazar günü yerli medianın suallarını cavablandıran Hill-Lyuis rusiyalı milyarderin öz yaxtasında səyahət etdiyini irəli sürüb.

Rusiyalı oliqarxın sözçüsü ötən həftə Bloomberg News-a bildirib ki, Mordaşov yaxta Honq-Konqa çatandan bəri Moskvadadır.

Mordaşov müharibədən əvvəl Rusiyanın ən zəngin adamı idi. 57 yaşlı iş adamı polad və mədən şirkəti ilə 29,1 milyard dollar sərvət qazanıb.

İşğalın əvvəlində Putinlə əlaqələrinə görə Qərbin sanksiyalarının hədəfinə çevrilən rusiyalı milyarder siyasətlə məşğul olmadığını və Kremlə az təsir etdiyini deyərək sanksiyalara qarşı çıxıb.

Mart ayında İtaliya polisi tərəfindən daha kiçik 65 metrlik yaxta ələ keçirilib. Lakin onun Nordun ən böyük yaxta aktivi olduğuna inanılır.

Futbol meydançasından da böyük olan yaxta Forbes-ə görə dünyanın ən möhtəşəm qayıqlarından biridir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button