Dünya
Dəməşq: Qərb İŞİD-in kimyəvi silah anbarına zərbə endirib
Suriyanın Baş qərargahı beynəlxalq koalisiyanın “İslam dövləti” terror təşkilatının Deyr-Əz-Zoradakı kimyəvi silah anbarına zərbə endirdiyi barədə məlumat yayıb.
Dəməşqin iddiasına görə, zərbə nəticəsində yüzlərlə insan ölüb. Ölənlər arasında dinc sakinlər də var.
Bununla yanaşı, TASS Suriyanın SANA agentliyinə istinadən kimyəvi silah anbarına vurulan zərbə nəticəsində yüzlərlə insanın zəhərləndiyinə dair məlumat yayıb. Ölənlərin sayı dəqiqləşdirilmir. Zərbə Deyr-Əz-Zoranın Calta ərazisində baş verib.
moderator.az