Dəmiryolu idarəsi qiymət artımına aydınlıq gətirib - 24 saat xəbərlər
Now Reading:
Dəmiryolu idarəsi qiymət artımına aydınlıq gətirib
Full Article 1 minutes read

Dəmiryolu idarəsi qiymət artımına aydınlıq gətirib

Bakı-Sumqayıt qatarında gedişhaqqı hazırkı səviyyədə qalacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gedişhaqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirib. QSC sədri Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artımın olduğunu deyib: “Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var. Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm”.

Yeri gəlmişkən, martın 3-dən Bakı-Sumqayıt marşrutuyla hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.

Sumqayıt sakinlərinin qiymət artımı narahatlığına aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətiylə əlaqə saxladıq. Xidmətin rəhbəri Nadir Əzməmmədov gedişhaqqı tarifinin artıq təsdiq edildiyini bildirdi. O, gedişhaqqının bundan sonra aşagı salınmayacağını, eyni zamanda, hazırkı həddən artırılmayacağını da söylədi.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.