2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Dağlıq Qarabağla bağlı “Kazan sənədi”nin TAM MƏTNİ

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün təklif olunan modellərdən biri də “Kazan prinsipləri”dir.

“Kazan prinsipləri” 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedyevin Kazanda təşkil etdiyi prezidentlərin – İlham Əliyevlə  Serj Sarkisyanın görüşündə müəyyənləşdirilmişdi. “Kazan prinsipləri”nin detalları ictimaiyyətə tam açıqlanmayıb. Verilən məlumat ondan ibarət olub ki, bu prinsiplərə əsasən, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır.

Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir.

Bundan başqa, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır. Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etməsidir. Sülhməramlı qüvvələr məsələsində isə mübahisələr mövcuddur.

24saat.org xəbər verir ki, Ermənistanın “Aravot” qəzetində “Kazan sənədi”nin mətni yayılıb. Həmin sənədin tərcüməsini təqdim edirik:

Kazan sənədi:

Ərazilər

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın nəzarətində olan Dağlıq Qarabağa bitişik bütün Azərbaycan torpaqları Azərbaycanın nəzarətinə qayıdır.

Geri qaytarmanın detalları tərəflər arasında Sülh sazişinə uyğun olaraq razılaşdırılır.

İlkin mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları geri qaytarılır.

Daha sonra, Kəlbəcər rayonu və Laçın rayonunun qeyri-dəhliz bölgəsi qayıdır.

Erməni qüvvələri Kəlbəcərdən çıxarılır. Bölgənin Azərbaycanın nəzarəti altında qaytarılmasından əvvəl, sülh müqaviləsinin imzalanmasınadək məhdud sayda erməni hərbi kontingentinə ərazidə qalmaq üçün icazə verilir. Erməni məhdud hərbi kontingentin yerləşəcəyi ərazi Beynəlxalq keçid komissiyası tərəfindən müəyyən edilir.

Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılmadan əvvəl ATƏT-in Beynəlxalq keçid komissiyasının nəzarətinə verilir. Komissiyanın tərkibində Ermənistan və Azərbaycan nümayəndələri iştirak edəcək. Müvəqqəti status dövründə Kəlbəcər rayonunun erməni əhalisinin rayondan ayrılması üçün təşviqat aparılacaq.

Azərbaycanlı məcburi köçkünlərə Sülh sazişinin qüvvəyə minməsindən 5 il sonra Kəlbəcərə qayıtmağa icazə veriləcək.

Laçın rayonun Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizdən başqa bütün əraziləri Sülh sazişi qüvvəyə mindikdən sonra Azərbaycanın nəzarətinə qaytarılacaq.

Təhlükəsizlik zəmanətləri

Azərbaycan ərazilərinə nəzarət edən erməni qüvvələrinin bölgədən çıxarılmasından sonra sülhməramlı qüvvələr təhlükəsizlik və demilitarizmin monitorinqini təmin etmək üçün əraziyə yerləşdiriləcək. Sülhməramlıları dövlət istədiyi şəkildə formalaşdırır. Sülhməramlılar tərəflərin qarşılıqlı razılığı ilə seçilir. Hər bir tərəf digər tərəfin seçilminə veto qoymaq hüququna malikdir.

Tərəflər Dağlıq Qarabağ və ətraf ərazilərdə bir-birinə qarşı güc tətbiq etməməyə borcludur. ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycanla məsləhətləşmədən sonra Cənubi Qafqazda razılaşmanın həyata keçirilməsinə və ümumi təhlükəsizliyin təmin olunmasına dair ikitərəfli və birgə təhlükəsizliyə təminat, o cümlədən etibarlı əməkdaşlığın perespektivlərini həyata keçirir.

Azərbaycan Azərbaycan-İran sərhədində polis qüvvələri və sərhəd qoşunları istisna olmaqla, hərbi kontinent və silahlı birləşmələri təmas xəttindən çıxarmağa borcludur.

Dağlıq Qarabağın müvəqqəti statusu

Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirmədən əvvəl Dağlıq Qarabağ müvəqqəti statusu alır və bununla da öz vətəndaşlarına müəyyən hüquq və imtiyazlar verir.

Sülh Sazişində xüsusilə vurğulanır:

Dağlıq Qarabağ sakinləri demokratik bir cəmiyyətdə sosial və iqtisadi həyat və təhlükəsizliyini qorumaq, ona nəzarət etmək hüququna malikdirlər. Dağlıq Qarabağ sakinlərinin hüquq və əsas azadlıqları toxunulmazdır.

Dağlıq Qarabağa müvəqqəti status dönəmində nəzarət etməsi üçün Dağlıq Qarabağ xalqı Dağlıq Qarabağın daxili işlərində qanunvericilik və icra hakimiyyətini həyata keçirən orqanları seçmək hüququna malikdir. Ədalətin təmin olunması üçün “Dağlıq Qarabağ” məhkəmələr yaratmaq hüququna malikdir. Dağlıq Qarabağın rəsmiləri Sülh sazişində müəyyən edilmiş sahələrdə beynəlxalq konktraktlar inmzalaya biləcək.

Dağlıq Qarabağdakın müvəqqəti hökuməti ATƏT-in sessiyalarında Dağlıq Qarabağla bağlı məsələlərin müzakirəsində müşahidəçi statusunda iştirak edə bilər. Onlar beynəlxalq səviyyədə tanınmış statusu inkar etməyən beynəlxalq təşkilatlara qoşula bilərlər.

“Dağlıq Qarabağ” insan hüquqları, sülhün iqtisadi və demokratik inkişafı, mədəni və ticarət əlaqələri və ya əsas humanitar ehtiyacların təmin olunması üçün belə yardımların göstərildiyi xarici ölkələrdən və beynəlxalq təşkilatlardan maddi yardım almaq hüququna malikdir.

Azad iradə

Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağın əhalisinin azad iradəsi ilə müəyyən edilir. Səsvermənin şərtləri və təfərrüatları gələcək danışıqlarda tərəflər arasında razılaşdırılacaq.

Dağlıq Qarabağın əhalisi 1988-ci ildə Dağlıq Qarabağda yaşayan bütün xalqların milli münaqişənin başlanğıcdan əvvəlki etnik nisbətində müəyyən olunur. Səsvermə zamanı hər hansı sualın qoyulmasına maneə törədilməyəcək, gələcək statusa dair istənilən variant səsverməyə çıxarıla biləcək.

Laçın dəhlizi

Razılaşdırımış  geniş dəhliz Ermənistanla Dağlıq Qarabağı birləşdirməlidir. Dağlıq Qarabağın hüquqi statusunun dəqiq müəyyən ediləcəyi təqdirdə, dəhliz Dağlıq Qarabağ rəhbərliyinin tabeçiliyinə veriləcək.

Dağlıq Qarabağın son hüquqi statusunu müəyyən edildikdən sonra dəhlizdən istifadə prosesi Dağlıq Qarabağın son hüquqi statusunu nəzərə alaraq həll olunacaq.

Qaçqınlar

Bütün məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təhlükəsizliyin təmin edildiyini elan etdiyi tarixdən etibarən könüllü olaraq geri dönmə hüququna malikdir.

Geri qayıtmış şəxslər heç bir ayrı-seçkilik olmadan insan hüquqları və əsas azadlıqlardan istifadə edə bilməlidir.

Blokadanın ləğvi

Bölgədəki bütün tərəflər arasında açıq və maneəsiz nəqliyyat və kommunikasiya əlaqələri, o cümlədən Naxçıvan ilə birbaşa və maneəsiz təmasın qurulması, bütün sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası təmin edilir.

Donorlar Konfransı

Beynəlxalq Donor konfransı Beynəlxalq maliyyə qurumları ilə birgə tərəflər və həmsədr ölkələrlə əməkdaşlıq çərçivəsində hərbi əməliyyatlar zamanı zərər görmüş ərazilərin infrastrukturun bərpası üçün fond yaradır.

Komissiyalar

Tərəflər, həmsədr ölkələrlə əməkdaşlıqda müxtəlif komissiyalar yaradır. Bu komissiyalar konsensus əsasında hərəkət edir və referendumun Dağlıq Qarabağın son hüquqi statusu, Laçın dəhlizinin texniki detalları və Kəlbəcər rayonunun Azərbaycanın inzibati nəzarətinə verilməsi barədə ATƏT-in Monitorin Komissiyasına məlumat verir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button