2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daxili İşlər Nazirliyinə uşaq hüquqlarının qorunması ilə bağlı yeni səlahiyyətlər verilib

Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Daxili İşlər Nazirliyi uşaqları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etmiş şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların da vəzifələri artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu vəzifələr sırasına cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görmək daxil edilib. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button