2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dekan müavini-tələbə məhkəməsi başlayır

Hakim işi icraata qəbul edib, tələbəni 3 ilədək həbs cəzası gözləyir
“Bu gün Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyev Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etdi. Tələbə CM-nin 147.2-ci və 148-ci maddələri ilə təqsitləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”- bu sözləri özünün facebook profilində vəkil Elçin Sadıqov yazıb.
Məhkəməyə verilən tələbə Zəka Mirağayev fakültədə “Dinşünaslıq” ixtisası üzrə dördüncü kursda təhsil alır. O, bir sıra media orqanlarına müsahibəsində, həmçinin sosial şəbəkələrdə fakültədə rüşvət hallarından və dekan müavini Nigar İsmayılzadədən, onun tələbələri təhqir edib alçaltmasından yazıb. O, həmçinin fakültədə baş verənlərin, o sıradan dekan müavini Nigar İsmayılzadə haqda yazdıqlarının araşdırılması üçün Heydər Əliyev Fonduna Təhsil Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
Zəka Mirağayev mediaya ünvanladığı şikayət məktubunda yazıb ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Onun iddiasına görə, İsmayılzadələrin güvəndiyi əsas adamlardan biri 2015-ci ilin dekabrında həbsdə intihar etmiş MTN polkovniki İlqar Əliyevdir.
Dekan müavini tələbə Zəka Mirağayevin yazdıqlarının böhtan olduğunu bildirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button