2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Demokrat Partiyasının nümayəndəsi: “Baydenin yenidən seçilməsi demokratiyanın yaşaması deməkdir”

Şimali Karolina Ueyk dairəsində Demokrat Partiyasının sədri Kevin Kriç brifinq zamanı prezident seçkilərindən sonra ABŞ-dakı vəziyyətlə bağlı fikirlərini Turan müxbirilə bölüşüb.

Co Bayden yenidən ABŞ prezidenti seçilsə nə dəyişəcək? Amerikalıların həyatında nə dəyişəcək? Turan agentliyinin bu suallarını cavablandıran Kevin Kriç Baydenin özündən sitat gətirib: “Əgər məni yenidən seçsələr, demokratiyamız sağ qalacaq”.

Onun sözlərinə görə, Tramp artıq işarə edib ki, diktator olmaq istəyir. “O, diktator olmaq istəyir, faşist olmaq istəyir, adamları deportasiya etmək, həbsxanaya salmaq istəyir. Biz Amerikanın ruhu və həqiqi demokratiyamız, həmçinin şəxsi və insan hüquqlarına, o cümlədən jurnalistlərin hüquqlarına hörmət edilən ölkə kimi fəaliyyət göstərmək bacarığımız uğrunda mübarizə aparırıq.

Saytların yığılması Saytlarin yigilmasi

O, bizim jurnalistləri də təqib etmək istəyir. Ona görə də bu, bizim üçün çox vacibdir, çünki demokratiyamız təhlükədədir. Ancaq Tramp qalib gələrsə, dünyanın qalan hissəsinə yazığım gələcək”,- o deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button