2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Demokratlar ABŞ konqresində oturaq etiraz keçirir

Demokratlar patiyasının üzvləri konqresmenləri silah nəzarəti haqqında qanunun qəbul olunmasına səsverməyə məcbur etmək üçün döşəmədə oturaraq palatanı tərk etməkdən imtina ediblər.

Konqresmenlərdən biri, John Lewis, həmkarlarını heç zaman təslim olmamağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Palatanın respublikaçı spikeri, Paul Ryan, etirazı reklam manevri adlandıraraq rədd edib.

Senatorlar, Respublikaçıların təklifini dəstəkləyən demokratların top senatoru Harry Reid ilə kompromisə getməyi təkid edir.

Cənab Reid deyib ki, o Respublikaçı senator Susan Collins-in irəli sürdüyü terrorçu siyahısında olan məhdud sayda insanlara silah satışını dayandırmaq təklifini dəstəkləyir.

“Bu irəliyə atılmış kiçik addım da olsa, ən azından irəliyə addımdır”, cənab Reid deyib.

İyunun 12-də, özünü İslam Dövlətinə sədaqət andı verdiyini iddia edən Omar Mateen, Orlando-da Pulse gece klubunda 49 nəfəri qətlə yetirib və bu ABŞ tarixində ən qanlı hadisə sayılır.

<span >’Qanun yoxdursa, fasilə də yoxdur’

Konqresi idarə edən Respublikaçılar senatorların görüşündə fasilə elan etsələr də 100-ə yaxın Demokrat palatanın ön hissəsinə gələrək yerdə oturub və “qanun yoxdursa, fasilə də yoxdur” deyiblər.

Oturaq etiraza 1960-cı illərin insan hüquqları hərəkatı veteranı olan John Lewis (mərkəzdə) başçılıq edirOturaq etiraza 1960-cı illərin insan hüquqları hərəkatı veteranı olan John Lewis (mərkəzdə) başçılıq edir
Demokratları dəstəkləyənlər gecə saatlarında ABŞ Kapitoliyasının həyətinə toplanıbDemokratları dəstəkləyənlər gecə saatlarında ABŞ Kapitoliyasının həyətinə toplanıb

Bu ABŞ konqresinin indiyə qədər şahidlik etdiyi ən qeyri-adi səhnələrdən biridir, BBC müxbiri Laura Bicker Vaşinqtondan xəbər verir.

Palatanın kameraları söndürülsə də etirazçılar mesajlarını ötürmək üçün şəkillər tvit edib, sosial şəbəkələrdən canlı video yayımlayıblar.

Demokratlar etirazı normal davam etdirmək istəsə də bir anlıq palatanın mərtəbəsi xaosa çevrilib, Respublikaçılarla Demokratlar bir-birinə qışqırmağa başlayıb.

Oturaq etiraza 1960-cı illərin insan hüquqları hərəkatı veteranı olan cənab Lewis başçılıq edir.

“Bu bədən nə edib [zorakılığa cavab olaraq]”, cənab Lewis ötən həftə silah nəzarəti haqqında qanunla bağlı uğursuzluqları xatırladaraq sual edir.

“Heç nə. Biz günhasız insanların qanını qulaqardına vermişik. Biz böhranı görmürük. Hanı bizim cəsarətimiz? Neçə ana.. və ata kədər göz yaşı axıtmalıdır?”

Prezident Barak Obama Twitter-dən cənab Lewis-ə “bizim daha çox ehtiyacımız olduğu vaxtda silah zorakılığına qarşı etiraza rəhbərlik etdiyi üçün” təşəkkür edib.

Qanunvericilər səsvermənin həftə sonunda nəzərdə tutulan fasilədən əvvəl, iyulun 5-də başa çatmasını istəyirlər.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button