2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat Azərbaycan zənginlərinə çağırış etdi

Əflatun Amaşov: “Xaricdə saxlanan qiymətli kitabları alıb ölkəyə gətirin”

“Azərbaycanın zənginləri xaricdə olan saxlanan Azərbaycan müəlliflərinin qiymətli kitablarını alıb Milli Arxiv Fondumuza bağışlasın.”

Bu çağırışla Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bizimyol.info xəbər verir ki, bu sözləri o, bu gün Mədəniyyət və Turizm Nazirliyinin M.F.Axundov adına Milli Kitabxanada təşkil etdiyi tədbirdə deyib. O, rus rəssamlarının Cənubi Amerika ölkələrində olan milyonlarla dollar dəyərindəki rəsm əsərlərini alıb Rusiya muzeylərinə bağışlayan rus varlılarını missal gətirib. Milli Kitabxananın direktoru Kərim Tahirov isə bildirib ki, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva “Kaspi” qəzetinin nəşrə başlamasından bu gündək olan nüsxələrinin toplusunu Milli Kitabxanaya və Milli Arxiv Fonduna bağışlayıb: “Sona Vəliyevanın göstərdiyi mesanatlıq nümunəsinə başqaları da qoşulsa, milli mədəniyyətimiz üçün faydası böyük olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button