2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Didərginlər

Hind Safaa İslam Dövləti qrupunun döyüşçüləri İraqın şimalında yerləşən Qaraqoşdan çıxarılandan sonra ora geri qayıdıb. Safaa və ailəri ərazini iki il öncə İŞİD onları sini azlıq olduqları üçün hədəf alacağından qorxduğu üçün tərk edib.

Safaa bir zamanlar ev adlandırdığı şəhərdə baş verən dağıntıları görəndə şoka düşmüşdü. Onun bütün uşaqlıq illərini keçirdiyi evi məhv edilib:

“Mən hisslərimi təsvir edə bilmərəm. Məhv edilən və atılan hər şeyin gözəl xatirələri var idi. Anamla atam bunları tikmək üçün çox zəhmət çəkiblər.”

Saytların yığılması Saytlarin yigilmasi

Safaa, valideynləri və bacı-qardaşları 2014-cü ilin avqust ayında şəhəri İŞİD ələ keçirmədən iki saat əvvəl tərk etdikəri üçün bəxtləri gətirib. Amma digərləri onlar qədər bəxtəvər olmayıb.

İŞİD Qaraqoşa hücum etmədən öncə Safaa Mosulun Tibb Kollecində oxuyurdu və bir gün həkim olmağı arzu edirdi.

Onun ailəsi hər şeyi geridə buraxıb, İraqın şimalında yerləşən nisbətən təhlükəsiz Kürdistan regionuna sığınıblar.

Safaa deyir ki, terorçular ala bildikləri hər şeyi alıb, geridə qalanarlı isə dağıdıblar:

“Hər otaqda dağıdılmış mebel parçaları, qırılmış qablar və cırılmış paltarlar var idi, ona görə də evin içində yerimək çətin idi. İŞİD döyüşçüləri üvi yandırmağı planlaşdırırdı, amma nəyə isə görə yandırmayıblar” .

O həmçinin qeyd edib ki, İŞİD ərazidəki xristian azlıqlara məxsus yüzlərlə digər evi, eləcə də Müqəddəs Məryəm əl-Tahirə kilsəsini yandırıb.

Bu kilsə bir zamanlar İraqın ən böyük kilsəsi idi və hər bzar günü kilsəni 3 min xristian ziyarət edirdi. 2016-cı ilin sonunda yüzlərlə sakinin əraziyə dönüb kilsəni bərpa etməyə çalışması onun iraqlı xristianlar üçün simvolik əhəmiyyətinin göstəricisidir.

Amma Safaa da daxil olmaqla bir çox xristian üçün heç nə əvvəlki kimi deyil. Qaraqoş və İraqın digər yerlərində xristian icmasınının yaranması artıq çətindir, çünki şəhəri tərk edən bir çox xristian artıq geri dönmək istəmir və xarici ölkələrə köçməyi planlaşdırır.

Xristianların İraqdan kütləvi axını xristianlarla müsəlmanların əsrlərdir bir arada yaşadıqları bu ərazidə kilsənin gələcəyini sual altına alır.

İŞİD təkcə azlıq olan xristianları deyil, həm də İraqdakı sosial demoqrafiyanı hədəf alıb.

“Mən daha burada yaşamaq istəmirəm. Mən İŞİD-in nəzarəti altında yaşamağı seçən insanlarla bir yerdə yaşamaq istəmirəm,” deyə Safaa Amerikanın Səsinə bildirib.

Ailəsi ilə birlikdə Safaa İraqı tərk edib Avropadakı diasporalarına qatılmaq istəyirlər.

Qərbə miqrasiya təkcə təhlükəsizliyə deyil, həm də də bir sıra imknalara qapı olaraq görülür:

“Fransaya köçən iki rəfiqəm artıq tibb oxumağa hazırlaşır. Məktıbdın rəfiqəm Maryana isə orada gözəl fotoqraf olub”.

 

Xristianların İraqdan kütləvi axını İraqın şimalında xristianlar üçün muxtar region yaratmağa çalışan xristian liderlərin səylərini çətinləşdirir.

“Bizim insanların Qərbə davamlı kütləvi axını bizim İraqda dini azlıq olaraq mövcudluğumuza böyük təhlükədir,” deyə İraqda fəaliyyət göstərən aysor xristian siyasi partiyası Bait-əl-Nahrainə başçılıq edən Romeo Hakari bildirir.

 

İraqın xristain əhalisi ilə bağlı rəsmi məlumat olmasa da, 2003-cü ildən əvvəl ölkədə 1,5 milyon xristianın yaşadığı təxmin edilir.

 

Qərb ölkləri iraqlı xristianları və yezidiləri qəbul etməyə hazır olduqlarını nümayiş etdirirlər və buna səbəb olaraq İŞİD-in bu qrupları təqib etməsini göstərirlər. Bu ilin əvvəli ABŞ Dövlət Departamentinin bir rəsmisi Amerikanın Səsinə bildirib ki, ABŞ höküməti və Kanada İraqdan yüzlərlə yezidi və xristianın damili olaraq oarada yerləşdirilməsi üzərində çalışır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button