2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dini icmalara maliyyə ayrılıb

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 icma sədrinin iştirakı ilə tədbir keçirilib.

Xəbəri komitə yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə sədrinin müavini Səyyad Salahlı maliyyələşdiriləcək layihələrin reallaşmasının radikalizmlə mübarizədə öz müsbət təsirini göstərəcəyini bildirib. O, dini icmaları bu sahədə daha fəal olmağa səsləyib.

Toplantıda bildirilib ki, Azərbaycanın bir sıra bölgələrində və Bakının rayonlarında dini məzmunlu layihələr icra ediləcək.

Layihələr əsasən, dini maarifləndirmə və radikalizmlə mübarizə məzmunludur.

Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama uyğun olaraq indiyədək Azərbaycanda 140-dan çox dini icmaya maliyyə yardımı ayrılıb.

Bunlardan 122-i islam, yerdə qalanlar isə qeyri-islam icmalarıdır.

Dini icmalara ayrılan maliyyə yardımının məbləği barədə hər hansı informasiya verilmir.

Ancaq Azərbaycanda bəzi dini icmalar ayrıseçkiliyə məruz qaldıqlarını bildirirlər. Onlar xüsusilə qeydiyyata alınmamalarının üzərində dayanırlar.

2009-cu il sentyabrın 1-dən Azərbaycanda dini qurumlar yenidən qeydiyyatdan keçirlər. Həmin vaxtdan indiyə kimi 749 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 721-i İslam, 28-i isə qeyri- İslam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Ancaq onlarla dini icma isə qeydiyyata alınmayıb. Həmin dini icmalar da müxtəlifdir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button