2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dini telekanalın açılması gözlənilmir – MTRŞ-dan şeyxə cavab

“Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılacağı demək deyil. Yaxın gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir”.

Bunu MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir.

“Şeyxüslam təklif irəli sürüb. Hər kəs təklif verə bilər. Lakin mövcud reklam bazarı, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur və Şura bundan sonra müsabiqə elan edir. Azərbaycan böyük ölkə deyil, mövcud telekanalların sayı ölkə üçün daha çoxdur və reklam bazarı bunları əhatə edir. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə müvafiq hesab edilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması təklifini sürüb. O bildirib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub.(azvision.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button