2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DİQQƏT: Azərbaycanda bu şəxslər cəzalandırılacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsullarında – internetdə yayımlanan məlumatlarda, televiziyalardakı proqramlarda və oyun disklərində mütləq şəkildə yaş kateqoriyasına uyğun işarələnmənin aparılmasını və buna əməl etməyənlərin cəzalanmasını təklif edən qanun layihəsi hazırlayıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Trend-ə bildirib ki, komitə tərəfindən hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinin məqsədi uşaqların intretnetdə qarşılaşacağı zərərli infomasiyalardan qorunmasıdır. Artıq qanun layihəsi müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

Komitə rəsmisi qeyd edib ki, yeni hazırlanan qanun layihəsində uşaqlar üçün zərərli olan informasiya növləri müəyyənləşdirilib: “Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar var. Həmin informasiyalara əxlaqsız məzmunlu, ailə anlayışını nüfuzdan salan, cinayətləri təbliğ edən, pornoqrafik infromasiyalar daxildir. Layihədə informasiya məhsulları yaşa uyğun olaraq, təsnifatlaşdırılır”.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya və bir sıra inkişaf etmiş ölkələr tərəfindən yayımlanan kanallarda proqramların yaş kateqoriyası üzrə işarələndiyini deyən S.Məmmədovun sözlərinə görə, yeni qanun layihəsində Azərbaycanda da uşaqlar üçün informasiya məhsullarının, o cümlədən oyun disklərinin xüsusi qaydada işarələnməsi təklif edilir: “Qanun layihəsindəki digər məsələ ölkə ərazisində yayımlanan informasiya məhsullarının, məsələn oyun disklərinin işarələnməsidir. Oyun disklərinin yaş kateqoriyasına uyğun işarələnməsi vacibdir. Çünkli elə oyunlar var ki, onlar aşağı yaşlı uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə oyunlarla oynamağa uşaqlara yalnız müəyyən yaşdan sonra icazə verilə bilər”.

S.Məmmədov deyib ki, layihənin qəbulundan sonra informasiya məhsullarında, o cümlədən disklərdə, saytlarda yayımlanan məlumatlarda, televiziya proqramlarında işarələnmə mütləq olacaq. Bu tələbləri yerinə yetirməyənlərə qarşı müvafiz cəza prinsiplərinin – inzibati məsuliyyətin olması nəzərdə tutulub.

S.Məmmədov əlavə edib ki, qanun qəbul edildikdən sonra onun icrasına nəzarət edən orqan da müəyyənləşəcək və həmin qurum məlumatı yayanla bağlı müvafiq tədbir görə biləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button