2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dolların ucuzlaşmasının pərdəarxası

Dolların manata nisbətdə ucuzlaşması davam edir. Ekspertlərin fikrincə, bu iqtisadi səbəblərlə bağlı deyil. Sadəcə hökumət növbəti dəfə inzibati üsullarla manatı möhkəmləndirməyə çalışır ki, bu da müvəqqətidir.

Qeyd edək ki, bir həftədən artıqdır ki, dolların ucuzlaşması müşahid olunur. Hakimiyyət rəsmiləri bunu Azərbaycan iqtisadiyyatının inkişaf etməsi ilə izah edir. Lakin bunun əskinə olaraq ölkədə maliyyə böhranının dərinləşdiyi müşahidə olunur. Demək olar ki, hər gün iş yerlərinin bağlanması barədə məlumatlar yayılır. Biz hələ sosial-iqtisadi səbəblərdən intiharların sayının artmasını demirik.

Saytların yığılması Saytlarin yigilmasi

Bu halda dolların ucuzlaşması təəccüb doğurmaya bilməz.

Ekspertlərin fikrincə, hökumət üzən məzənnəyə keçildiyini bəyan etsə də, əslində bu belə deyil. “Üzən məzənnə üçüncü devalvasiyanın olmadığı görüntüsünü yaratmaq üçün tryuk kimi qiymətləndirilə bilər. Əslində isə üzən məzənnə adı altında üçüncü devalvasiya baş verib. İkinci devalvasiya zamanı 1 dollar 1.05 manatdan 1.55 manata qədər bahalaşdı. Üzən məzənnəyə keçiddən sonra isə 1 dollar 1.90 manata qədər yüksəldi. Hökumət bunun qarşısını almaq üçün inzibati üsullara əl atdı. Dolların satışı faktiki qadağan olundu. Manatın dövriyyədəki həcmi azaldıldı. Yəni, süni manat qıtlığı yaradıldı və nəticədə dolların ucuzlaşması prosesi baş verdi”.

Ekspertlərə görə, dolların ucuzlaşması bir neçə ay davam edə bilər. “Bu prosesi çox uzatmaq mümkün deyil. Bir neçə aydan sonra dolların yenidən bahalaşmasının şahidi ola bilərik”.

Ekspertlər bu prosesdə Mərkəzi Bankla Maliyyə Nazirliyi arasındakı ziddiyyətlərin də mühüm rol oynadığını vurğulayır. “Maliyyə Nazirliyi devalvasiya baş verməsində maraqlıdır. Çünki büdcəyə cavabdeh olan qurum üçün devalvasiya zamanı büdcənin doldurulması bir qədər asanlaşır. Maliyyə Nazirliyini büdcəni doldurmaq maraqlandırır. Mərkəzi Bank isə bu prosesdə zərbə altında qalır. Çünki ictimaiyyət devalvasiyanın təqsirkarı kimi Mərkəzi Bankı görür. Hər iki devalvasiyada bunun şahidi olmuşuq. İkinci devalvasiyadan sonra isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ciddi-cəhdlə bunun qarşısını almağa çalışır. Təsadüfi deyil ki, Mərkəzi Banka yaxın olan ekpertlər ittihamların Elman Rüstəmova yönəldiyini görüb devalvasiyanın müəllifi kimi maliyyə naziri Samir Şərifovu göstərirdilər”.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button