2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

Dondurma istehsalçısına satış qadağan edilərək fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Bakı-Astara şossesində (“Ləvəngi dairəsi” adlanan ərazidə) fəaliyyət göstərən fiziki şəxs İsa Valeh Raqif oğluna məxsus dondurma emalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, üzərində etiket məlumatları olmayan 336 kq dondurma məhsulunun satışı qadağan edilərək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. İstehsal olunan dondurmalardan nümunələr götürülərək müayinələrin aparılması üçün AQTİ-nin sınaq laboratoriyasına təqdim edilib.

whatsapp image 2023 07 20 at 155923 1whatsapp image 2023 07 20 at 155923whatsapp image 2023 07 20 at 155923 8whatsapp image 2023 07 20 at 155923 7whatsapp image 2023 07 20 at 155923 6whatsapp image 2023 07 20 at 155923 5

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button