Loading...
Loading...
Sosial

Dövlət Departamenti Bəxtiyar Hacıyevlə bağlı araşdırmaya çağırıb

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü Azərbaycandan olan fəal Bəxtiyar Hacıyevlə bağlı sorğunu cavablandırıb

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü Azərbaycandan olan fəal Bəxtiyar Hacıyevlə bağlı sorğunu cavablandırıb.

Turan” İnformasiya Agentliyinin xəbərinə görə, söpzçü höküməti gənc fəalın şikayəti üzrə araşdırmaya və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıb.

Xəbərə görə, o daha sonra bunları əlavə edib:

“Birləşmiş Ştatlar insan hüquqları və əsas azadlıqları qətiyyətlə müdafiə edir. Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”

Bəxtiyar Hacıyevlə bağlı nə baş verib?

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də saat 23.00 radələrində Bakı şəhərində evə gedərkən M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirmiş və naməlum yerə aparmışlar:

“Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim.”

Onun sözlərinə görə, “heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarımı silim: “Bu tələblə əksər postları sildirdilər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də Bəxtiyar Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

Bundan sonra şikayətə əsasən cinayət məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açıldığı bildirilib.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

24 saat” “
Dövlət Departamenti Bəxtiyar Hacıyevlə bağlı araşdırmaya çağırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Aşkarlanan sənədsiz uşaqlar minə yaxındır…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun