2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Dövlətə xəyanətdə günahlandılılan şəxs həbs edilib

Dövlətə xəyanətdə təqsirləndirilən Azərbaycan vətəndaşı  həbs edilib. 

Bu barədə oktyabrın 2-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı Aydın Zəkiyevin ölkənin suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı fəaliyyət aparmaqda kömək göstərməsinə əsaslı şübhələr yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

İddiaya görə, həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla əməllərinin qarşısı alınıb.

Məlumatda qeyd olunur ki, o, məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları onlara verib: “Ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib”

Aydın Zəkiyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

Azadlıq Radiosu Aydın Zəkiyev və onun yaxınlarının münasibətini öyrənə biməyib. 

Onların ittihama münasibəti bəlli deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button