2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Departamenti: ABŞ ATƏT-in narahatlığını bölüşür və Bakını öz öhdəliklərini yerinə yetirməyə çağırır

Cümə axşamı ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş prezident seçkilərinə reaksiya verib. Seçkilərdə hazırkı prezident İlham Əliyev 90 faizdən çox səslə beşinci müddəti qazanıb. Eyni zamanda ATƏT müşahidəçiləri demokratiya ilə bağlı “ciddi məsələlər” qaldırıblar.

“Biz prezident seçkilərinin əsl rəqabət olmadan məhdud şəraitdə keçirilməsilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının müşahidələrini və narahatlığını bölüşürük”, –  Dövlət Departamentinin nümayəndəsi Turan-a bildirib.

“Azərbaycan öz Konstitusiyasında fundamental azadlıqlara və demokratik proseslərə sadiqliyini ifadə edir. Biz Azərbaycanı bu öhdəlikləri, eləcə də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT öz rəyində belə qənaətə gəlib ki, seçkilər “rəqabətsiz” olub və “məhdud mühitdə keçirilib”. Bülletenlərin atılması, dəfələrlə səsvermə, tənqidçi jurnalistlərin həbsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin olmaması  kimi faktlar qeyd olunub”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button