2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsini “qəbuledilməz” adlandırıb

Birləşmiş Ştatlar çərşənbə günü Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Bu barədə Azərbaycanda daha bir jurnalist Şamo Eminovun həbsinə dair sualı cavablandıran Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Kanal 13” YouTube kanalının müəllifi Şamo Eminov dekabrın 22-də saxlanılaraq 3 ay 5 gün müddətinə istintaq təcridxanasına salınıb. O, eyni nəşrin son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Dövlət Departamentinin sözçüsü çərşənbə günü Turanın Vaşinqtondakı müxbirinin sonuncu həbsə reaksiya barədə sorğusuna cavab olaraq deyib: “Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu qəbuledilməzdir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – deyə Dövlət Departamentinin sözçüsü yekunlaşdırıb.

 

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kəkalov, Əziz Orucev, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov və Hafiz Babalanın son günlər həbsləri media ictimaiyyətində və beynəlxalq təşkilatlarda Azərbaycanda  müstəqil media  və ifadə azadlığı  üçün məkanın daralması və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlıqlara səbəb olub.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button