2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Departamenti xəbərdarlıq edir: Ukraynaya yardım tükənir

Bazar ertəsi ABŞ bildirib ki, Ukrayna savaş meydanında müəyyən irəliləyiş əldə etsə də, onun maliyyələşdirilməsilə bağlı narahatlıq var, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Cəbhədə vəziyyətə gəlincə, vəziyyət ağırdır”, – Dövlət Departamentinin nümayəndəsi Metyü Miller gündəlik brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

“Ukrayna qüvvələri çox möhkəmlənmiş Rusiya ordusuna qarşı vuruşur. Onların necə irəliləyiş əldə etdiklərini gördük. Keçən həftə Brüsseldə Ukraynanın xarici işlər nazirilə bu barədə birbaşa danışdıq”, – Miller deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əlavə maliyyələşməyə gəlincə, o deyib: “Maliyyələşdirmənin səviyyəsinin düşməsindən narahatıq. Hazırda azaldıqdan sonra qalan vəsaitlərə ümid edirik. Hesab edirəm ki, vəsaitin 97 faizdən çoxu tükənib. Tezliklə bu da olmayacaq. Ona görə də dövlət katibi, prezident və bütün administrasiya Konqresi mümkün qədər tez hərəkət etməyə çağırır”.

Millerin şərhləri səslənmədən öncə bazar ertəsi Ağ Evin büdcə üzrə direktoru Şalanda Yanq Nümayəndələr Palatasının spikeri Mayk Conson və Konqresin digər üzvlərinə məktubunda xəbərdarlıq edib ki, Ukraynanın Rusiya ilə müharibə aparmasına kömək etmək üçün ABŞ-ın vaxtı və pulu bitir.

“Mən aydınlıq gətirmək istəyirəm: Konqresin qərarı olmasa, ilin sonuna qədər Ukraynaya silah və texnika almaq və ABŞ-ın hərbi ehtiyatlarından avadanlıq təqdim etmək üçün vəsaitimiz tükənəcək”, – Yanq yazıb.

Oktyabr ayında Bayden administrasiyası Ukrayna, İsrail və ABŞ-ın təhlükəsizliyinin maliyyələşdirilməsi üçün Konqresdən təxminən 106 milyard dollar istəyib. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button