2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
TurizmXəbərlərYerli biznes xəbərləri

Dövlətin “Şahdağ Turizm Mərkəzi”nin zərəri artıb – Yığılmış zərər ₼97.18 milyona çatdı

Dövlətə və ya Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci ili ili də zərərlə başa vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin illik audit hesabatında qeyd edilir.

Hesabat müddətində onun 8.61 mln. manat birja və 12.08 mln. manat qeyri-birja əməliyyatlarından gəliri olub. 2021-ci il müvafiq olaraq 6.15 mln. manat və 13.98 mln. manat təşkil etmişdi.

Dövlət şirkətinin satışın maya dəyəri 12.04 mln. manat (2021: 10.3 mln. manat) olub ki, bu da onun ümumi mənfəətini 6% azaldaraq 10.42 manata endirməsinə səbəb olub.

Bununla belə, “Şahdağ Turizm Mərkəzi”nin hesabat ilində xərcləri 11% artaraq 16.3 mln.  manata yüksəlib.

Beləliklə, turizm şirkəti 2022-ci ili 8.69 mln. manat xalis zərərlə tamamlayıb və bu 2021-ci ildəki göstəricidən (6.34 mln. man.) 37% artımdır.

1 yanvar 2023-cü il tarixinə şirkətin 97.18 mln. manatlıq illər ərzində üst-üstə yığılan zərəri var.

Turizm şirkətinin hesabat dövrünün sonuna 302.2 mln. manat aktivləri var. Bunun da 285.54 mln. manatı torpaq, tikili və avadanlıqlarıdır.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546.78 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

232234

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button