SEÇMƏ

Dünya çempionatında 1/4 finalın bütün iştirakçıları məlum olub

Yayımlandı: 7 Dekabr 2022 00:53

İspaniya mundialda mübarizəni dayandırıb

Qətərdə təşkil olunan dünya çempionatında dekabrın 6-da 1/8 final mərhələsinin son oyunları keçirilib.

Günün ilk matçında mundialın favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşıb. Saat 19:00-da başlayan görüşdə 90 dəqiqə ərzində hesab açılmayıb. Oyunda əlavə vaxtda da qapılara qol vurulmayıb. Penalti seriyasında daha dəqiq olan Mərakeş millisi DÇ-2022-nin 1/4 final mərhələsinə yüksələn növbəti komanda olub.

1/8 finalın son oyununda isə Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Bu qarşılaşma saat 23:00-da start götürüb. Matç Portuqaliya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, mundialda 1/4 finalın bütün cütlərinin adlarına aydınlıq gəlib.

DÇ-2022, 1/4 final

9 dekabr

19:00 Xorvatiya – Braziliya
23:00 Niderland – Argentina

10 dekabr

19:00 Mərakeş – Portuqaliya
23:00 İngiltərə – Fransa

Meydan TV

Gözdən qaçırmayın:  “Sədərək” sahibinin həyat yoldaşı və oğlunun şikayətilə evin xadiməsi həbs edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button