2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Dünya Çini artıq “ucuz” hesab etmir

Çinin “dünyanın fabriki” olduğu fikri artıq aktuallığını itirib.

“Report” xəbər verir ki, Böyük Britaniyanın “IHS Markit” araşdırma şirkətinin illik hesabatına əsasən, Çinin ucuz resusrsların cəlb olunduğu ölkə kimi qəbul edənlərin sayı ilk dəfə 2016-ci ilin yekununa görə 50%-dən aşağı olub.

“İHS Markit”in analitiki Pol Robinsonun fikrincə, bu, 2012-ci ildəki 70%-lik həddən olduqca aşağıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Uzun müddətdir dünyanın hər tərəfindən şirkətlər ucuz işçi qüvvəsindən istifadə etmək üçün istehsalatını Çinə daşıyıb. Amma son illərdə Çinin özəl sektorunda əmək haqqı artıb və bununla da bazar cazibliyini itirməyə başlayıb.

Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, 2006-cı ildən etibarən Çində orta aylıq əmək haqqı 2 dəfədən çox artıb. 2014-cü ilin yekununa əsasən, Çində orta aylıq nominal əmək haqqı 685 ABŞ dolları olduğu halda, Vyetnamda bu 212 dollar, Filippində 216, Tailandda isə 408 dollar olub.

P.Robinsonun fikrincə, indi şirkətlər Çindən ucuz resursların olduğu ölkə kimi deyil, qlobal ticarət qovşağı kimi istifadə etməyə üstünlük verirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button