2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Dünyada Nobel mükafatı alan əsərlərdən daha güclü əsərlər var…”

 

Rüstəm Behrudi: “Bunlar zamana hesablanan əsərlərdir”

Son vaxtlar Azərbaycan ədəbiyyatının bəzi klassiklərinin əsərlərinin xarici dövlətlərdə çap edilməsi ədəbiyyatsevərlər tərəfindən sevinclə qarşılanmaqdadır. İstər ədəbi tənqidçilər, istərsə də məşhur yazıçı və şairlərin böyük əksəriyyəti hesab edir ki, bu, Azərbaycan ədəbiyyatı haqqında dünya xalqlarında daha geniş və aydın təsəvvür yaratmaqda kömək edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, bəs bu gün necə, ölkəmizdə dünya səviyyəsində təqdimata layiq əsərlər yaradılırmı? Çağdaş günümüzdə sözün həqiqi mənasında böyük ədəbiyyat nümunəsi sayılacaq əsərlər mövcuddurmu?

24saat.org-a açıqlama verən məşhur şair Rüstəm Behrudi böyük ədəbiyyat nümunələrinin zamanla üzə çıxdığını, bu məsələyə zamanla aydınlıq gəldiyini vurğuladı:

“Bu suala indi cavab vermək çətindir. Ədəbiyyat sözü əbədiyyət sözü ilə analoqdur. Zaman keçdikcə böyük ədəbiyyat nümunələri özünü göstərəcək. Baxın, siz elə bilirsiniz ki, Nobel mükafatı alan əsərlərdən daha güclü əsərlər yoxdur? Var. Bunlar zamana hesablanmış əsərlərdir. Bu əsərlər heç vaxt Nobel mükafatı almasa da, mövcuddur. Bəlkə də indi Azərbaycan ədəbiyyatında da bu cür əsərlər var. Sadəcə olaraq, biz bu əsərləri görümürük. Məsələn, mən düşünürəm ki, Əkrəm müəllimin bəzi əsərləri böyük ədəbiyyat nümunəsi olan əsərlərdir. Anarın, Elçinin də bu cür əsərləri ola bilər.

Sabir Əhmədli adında mənim çox sevdiyim bir yazıçı var. S.Əhmədlinin bütün əsərləri dünya ədəbiyyatı səviyyəsində olan əsərlədir.

Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı səviyyəsində olan ədəbiyyatdır. Sadəcə, biz bunu tanıda bilmirik. Hazırda gedən qlobollaşma və inteqrasiya prosesi çərçivəsində Azərbaycan yazıçılarının əsərlərinin müxtəlif dillərdə Avropa ölkələrində çapı genişlənəcək ki, bu da bizim ədəbiyyatımızın tanıdılmasında mühüm rol oynayacaq”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button