2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünyanın ən qaranlıq təşkilatı: Çarı aldadır, “Titanik”i batırır, imperatorları öldürür – FOTOLAR

Son günlər adının tez-tez eşitdiyimiz Federal Rezerv Sisteminin (FES) necə yaranması tarix üçün böyük müəma olaraq qalır. Versiyalar müxtəlifdir. FES-in Rusiyanın imperator ailəsinin qızılları əsasında təşkil olunması, “Titanic” gəmisinin bu bank səbəbindən batırılması və sair. Hər biri də maraq doğurur.

Rus çarınını 48 min ton qızıl rublu

Başlayaq, rus çar ailəsinin qızıllarından. Avropanın maliyyə sisteminin məşhur oyunçuları hesab edilən Rotşildlər 1876-cı ildə rus çarı II Nikolay Romanovu imperiyaya məxsus qızılları İspaniyada saxlamağa razı salırlar. 48600 ton qızıl rubl İspaniyaya göndərilir. Qiymətli metalın qorunmasına çarın 19 nəfər adamı təhkim edilir. Rotşildlərdən biri – Edvard Rotşild isə kral xəzinəsinin maliyyə meneceri funksiyasını icra etməyə başlayır.

Saytların yığılması Saytlarin yigilmasi

1904-cü ildə 48 dövlət (G48) Parisdə keçirilən gizli toplantıda Dünya Maliyyə Sisteminin və Dünya Pul Mənbəyinin yaradılması haqqında qərar verir. Məqsəd də ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılması olur. II Nikolay məhz Edvard Rotşildin məsləhəti ilə 48600 ton qızıl rubl 4 faiz gəlirlik təmin edilməklə Dünya Maliyyə Sisteminə yatırır. Beləliklə Rusiya Dünya Maliyyə Sistemində 52 milyard dollar dəyərində qızıl aktivlərinə sahiblənir. Lakin Rotşildlər çarı aldadırlar. Belə ki, onlar ABŞ prezidenti Vudro Vilsonun seçki kampaniyasını maliyyələşdirməyin qarşılığında ondan Dünya Maliyyə Sistemi daxil olmaqla, Federal Rezerv Sistemini idarəçiliklərinə verilməsini istəyirlər. Vudro onların istəyini reallaşdırır. 1913-cü ildə Milad bayramından bir neçə gün əvvəl ABŞ prezidenti Vudro Vilson Rotşildlərin seçkidə xərclədiklərinin əvəzi olaraq FES-in yaradılması haqqında sənəd imazalayır.ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan bu maliyyə strukturunun kapital forması şəxsi olur (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Bununla belə Rotşildlər ABŞ-ı siyasi müstəqillikdən məhrum edirlər.

Federal Rezerv Sistemi Rotşildlərin şəxsi təşkilatı kimi

Bu arada qeyd edək ki, Federal Rezerv Sistemi 1910-cu ildə Djekil adasında keçirilən gizli konfransda Rotşildlərin şəxsi qurumu kimi yaradılmışdı. Quruma ABŞ və digər ölkələrin bankları daxil idi. Qeyd etdiyimiz kimi, çar Dünya Maliyyə Sisteminə 48600 ton qızıl rubl yatırmışdı. Sistemin FES-ə həvalə edildiyini nəzərə alsaq, belə çıxır ki, Rusiyanın bankda payı 88,8 faizə çatdırdı. Cəmi 11,2 faiz beynəlxalq Benefisiarilara məxsus idi.

II Alkesandrdan başlayan oyun

FES-in rus qızılı ilə yaradılmasına dair başqa bir versiya da mövcuddur. Bu versiya rus imperatoru 2-ci Aleksanrdın zamanında Amerikanın səfiri vəzifəsini yerinə yetirən Eduard Steklyanın rəsmi hesabatlarına söykənir. Bildirilir ki, II Aleksandrla ABŞ prezidenti Linkoln qiyabi dost idilər. Onları bir-birinə daha çox Böyük Britaniyanın iştahına qarşı fikirlər bağlayırdı. Çarla Linkoln xarici ticarətin aparılması üçün ehtiyat valyutanın yaradılması ideyasını ortaya atırlar. Rusiya bu layihənin reallaşdırılması üçün Amerikaya 50 don qızıl göndərir. Bir neçə il sonra Aleksandr öldürülür. Beləliklə, Rusiya və Amerikanın Dünya Maliyyə Sisteminin yaradılması istiqamətindəki ilk ideyası fiaskoya uğrayır. Tora II Nikolay da düşür. Dünya Maliyyə Sistemini yaratmaq təşəbbüsünü ələ alan Rotşildlər ondan 50 min tona yaxın qızıl alırlar.

Amerikada maliyyə lobbisinin dəstəyi ilə Vudro Vilsonu hakimiyyətə gətirirlər. Vilson da Federal Rezerv Sisteminin şəxsi qurum kimi yaradılmasına icazə verir. FES-in yaradılmasından sonra Birinci Dünya Müharibəsi başlayır, Rusiyada inqilab baş verir, çar ailəsi ilə birlikdə güllələnir. Beləliklə də rus qızıllarının taleyi sual altına düşür. Çar ailəsinin FES-də payının olmasına dair bütün dəlillər, sənədlər yoxa çıxır.

Sənədlər hardadır?

Bu sənədlərdən biri 2-ci Nikolayın anası Mariya Romanova tərəfindən İsveçrə bankına yerləşdirilir. Sadəcə həmin sənədə çıxış Rotşildlərin varislərinə məxsusdur. Sənədin digər sürətlərinə gəlincə, onlar əldən ələ gəzib, sonda yoxa çıxırlar. Məsələn, bir nüsxəni çar qorumaq üçün Qriqori Rasputinə vermişdi. Lakin Rasputin sui-qəsdə uğrayır. Amma qətli törədənlər sənədləri tapa bilmirlər. Çünki Rasputin təhlükəni əvvəlcədən hiss etdiyindən sənədləri çarın özünə qaytarmışdı. Yeri gəlmişkən, Rasputinə qarşı sui-qəsd əməliyyatına ingilis kəşfiyyatının adamı sayılan Camoel Xorun rəhbərlik etməsi bu işdə Rotşildlərin əlinin olduğunu ortaya qoyur.

Rasputindən sonra çar sənədlərin nüsxələrini öz xaç oğlu Pyotr Dolqorukova və ailənin digər üzvlərinə paylayır. Tədqiqatçılar hesab edir ki, hazırda sənədlər Koliforniyada gizlədilir.

Sovet hökuməti pulunu istəyir

İkinci Dünya Müharibəsinə qədər sovet hakimiyyəti bir neçə dəfə çarın qızıllarını geri istəyir. Lakin hər dəfə imperator ailəsinin qətli ilə hədələnərək susdurulur. Tədqiqatçılar deyir ki, bu yolla Rotşildlər təkcə Rusiyanın çar ailəsinin deyil, SSRİ-nin də kapitalını idarə etməyə müvəffəq olurlar.

“Titanik”i batırıb FES-i yaradırlar

FES-in adı Amerikanın maliyyə imperiyasının yaradıcısı Con Pierpont Morqanın adı ilə də bağlanılır. “Amerika valyutasının Allahı” hesab edilən bu şəxsin zamanında sərvəti indiki ekvivalentlə 300 milyard dollara yaxın olub. Məhz o, “White Star Line” şirkətinə aid olan, 1912-ci ildə batan “Titanik” gəmisinin hazırlanması xərclırini ödəyir. Bununla da gəminin sahibinə çevrilir. Gəmi hazır olan kimi səyahətə çıxan ilk sərnişinlərdən olacağını vəd etsə də, son dəqiqədə səfərdən imtina edir. Sonradan onun bunu əvvəlcədən planlaşdırdığı, gəminin batmasında rolunun olduğuna dair fikirlər ortaya çıxır. Çünki gəmidə o zaman Amerika və dünyanın ən varlı şəxsləri – Con Cekob Astor IV, Bendjamin Quqqenxaym, İsidor Ştraus batırlar. Bu şəxslərin hamısı hələ gizli şəkildə qurulan Federal Ehtiyat Sistemində Morqanın rəqibləri sayılırdılar. Təkcə Astor IV və Quqqenxaymın sərvətinin həcmi 500 milyon dollar təşkil edirdi. Bu hazırkı ekvivalentlə 11 milyard dollar deməkdir.

Gəmi yola çıxan gün Morqan işinin çıxdığını desə də, sonradan onun sevgilisi ilə Fransanın cənubuna istirahətə getdiyi məlum olur. Bir başqa versiya Morqanın dövrün məşhur astroloqu Yevandjelin Adams tərəfindən xəbərdar edilməsidir. Milyarder astroloqlarla, öncəgörənlərlə yaxından dostluq edirdi. O hətta bu haqda belə deyirdi: “Milyarderlər astrologiyadan yararlanmırlar. Onlar bundan istifadə edirlər”. Bundan əlavə, C.P.Morqanı dostu mühəndis-elektrotexnik Nikola Teslanın da xəbərdar etdiyi deyilir.

“Titanik”in batmasından sonra Amerikanın 12 özəl bankı tərəfindən Federal Ehtiyat Sistemi yaradılır. Bununla da, bütün pul əməliyyatları, hətta ölkənin idarəçiliyi bankirlərin əlinə keçir. Onu da bildirək ki, Con Pierpont Morqanın atası Cunius Spenser Morqanın Rotşildlərlə yaxın münasibəti var idi. Hətta onlar Cuniusa Avropanın bank bazarına daxil olmağa kömək etmişdilər. Morqanlar 1900-cü ilin əvvəlində Rotşildlərdən sonra dünyanın ən böyük bankçılıq nəhənglərindən biri idilər.

FES İngiltərə bankirlərinin maraqlarından yaranıb

FES-in ideya kimi 17-ci əsrdə irəli sürüldüyü də istisna edilmir. 1694-cü ildə Kral Oranlı Vilhelmin dəstəyi ilə qraf Qalifaks tərəfindən dünyada ilk emissiya mərkəzi olan İngiltərə Bankının əsası qoyulur. Yəni, faktiki olaraq, bir qrup şəxs pul buraxmağa başlayır. Əslində, bankirlər əllərində olan qızıl sayından əhəmiyyətli dərəcədə çox kağız pul buraxaraq, sadə kütlələrə kələk gəlməklə yüksək gəlir əldə edirlər. Tezliklə İngiltərə bankı yenicə fəth edilməyə başlayan Şimali Amerikanı və sonradan ABŞ-ın da maliyyə sistemini öz nəzarətində saxlamağa nail olur. Lakin ABŞ İngiltərədən müstəqillik əldə etdikdən sonra, bankirlər bu ölkədə maliyyə sisteminə nəzarəti itirirlər. Bunu yalnız 1913-cü ildə geri qaytara bilirlər. Bu zaman yaradılan FES də İngiltərə bankı kimi pul “istehsal”ı mərkəzinə çevrilir və eyni şəxslərə məxsus olur.

Qızıldan olan valyutalar yoxa çıxır

1913-cü ildə FES yaranan ərəfədə digər bütün dünya valyutaları qızıldan idi. Fırıldaqçı oliqarxların qarşısında bütün rəqibləri aradan götürmək, yəni digər qızıl valyutalarını məhv etmək “vəzifə”si dayanırdı. Bunun üçün isə ingilislərlə rəqabət aparan iqtisadiyyatları dağıtmaq lazım idi. Beləliklə, 1914-cü il fevralın 28-də qondarma bəhanələrlə I Dünya müharibəsi başlayır. Müharibənin gedişində qızıl rubl və qızıl alman markası, eləcə də bu ölkələrin imperatorları yox olur.

İqtisadiyyat şöbəsi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button