2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Əfqanıstanda zəlzələ

class=”mediyanet-inline-adv”>

Əfqanıstanı idarə edən Taliban şənbə günü baş verən zəlzələdə 2060 nəfərin həyatını itirdiyini, 9240 nəfərin isə yaralandığını açıqlayıb. ABŞ Geoloji Xidməti ölkənin qərbindəki Herat şəhərinin 35 kilometrliyində baş verən zəlzələnin maqnitudasının 6,3 bal olduğunu açıqlayıb. Bildirilib ki, zəlzələdən sonra 5,9 və 5,5 bal gücündə güclü afterşoklar yaşanıb. Herat bölgəsində insanların dağıntılar üzərinə dırmaşaraq ölü və yaralıları əlləri ilə çıxarmağa çalışdıqları videolar paylaşılıb.

ÖLƏNLƏRİN SAYI ARTA BİLƏR

Saytların yığılması Saytlarin yigilmasi

Taliban rəsmisi 13 kənddə evlərin dağıldığını, yüzlərlə dinc sakinin dağıntılar altında qaldığını bildirib və ölənlərin sayının arta biləcəyini qeyd edib. 1320 evin tamamilə dağıldığı bildirilərkən, beynəlxalq təşkilatlar köməyə çağırılıb. Talibanın Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin bildirib ki, xilasetmə və yardım üçün təcili olaraq qida, içməli su, dərman, geyim və çadırlara ehtiyac var. Ümumdünya Səhiyyə Təşkilatı da “Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının artacağı gözlənilir” xəbərini verib. Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstana beynəlxalq yardımların əksəriyyəti dayandırıldı. Ölkənin səhiyyə sistemi demək olar ki, tamamilə xarici yardımdan asılıdır. Ötən ilin iyununda Potika şəhərində baş vermiş 5,9 bal gücündə zəlzələdə mindən çox insan həlak olmuş, on minlərlə insan evsiz qalmışdı.

2023-10-09 02:22:31

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button