2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ekspertlər hökumətyönlü KİV-də xeyli qanun pozuntuları aşkar ediblər

Ələsgər Məmmədlinin rəhbərliyilə media ekspertlərindən ibarət qrup dövlət maliyyə yardımı alan medianın monitorinqini aparıb.

4 ay ərzində (15 iyul-15 noyabr 2023-cü il) 16 KİV-in qanunvericiliyin və peşə etikasının tələblərinə əməl etməsinin monitorinqi aparılıb. Bundan əlavə, KİV-ə dəstək üçün ayrılan büdcə vəsaitlərindən istifadənin səmərəliliyi yoxlanılıb.

Monitorinqin nəticələri martın 6-da jurnalistlərin, media ekspertlərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə onlayn konfransda təqdim edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Monitorinqdə ölkədə media sferasının tənzimlənməsi adı altında media fəaliyyətinə və jurnalistikaya demokratik cəmiyyətdə yol verildiyindən daha çox müdaxilə xarakteri daşıyan yeni qanunvericiliyin qəbulu və tətbiqindən sonra iddia olunduğu kimi peşəkarlığın nə qədər artdığını yaxud peşəkarlıq standartlarına və hüquqi öhdəliklərə nə qədər əməl edildiyini öyrənmək və cəmiyyətə təqdim etməkdir,  38 səhifəlik araşdırmanın preambulasında deyilir. 

Qanunvericiliyin tələbinə əsasən reyestr açıq olmalıdır. Lakin https://reyestr.media.gov.az/ bu resursda statistika yerləşdirilmədiyindən bu günədək neçə media qurumunun qeydiyyata alındığı və neçəsinin qeydiyyatından imtina edildiyini müəyyən etmək mümkün deyil. Qeyri-rəsmi məlumatlara əsasən 20-dən çox məhkəmə mübahisəsi qaldırılıb və davam edir.

Lakin məhkəməyə müraciət etməyən, habelə media reyestrinə qeydiyyat üçün müraciət etməyən resurslar da kifayət qədər çoxdur.

Daha çox rədd cavabı alan media subyektləri daha müstəqil olan media subyektləridir.

Monitorinq üçün Medianın İnkişafı Agentliyindən maliyyə yardımı alan media seçilib. Bunlar 17 gündəlik və həftəlik qəzet, 39 onlayn resursdur.

Həmin 56 mediadan 16-ı İnternetdə sayğacların müəyyən etdiyi auditoriya sayına görə seçilib. Beləliklə, 5 gündəlik qəzet, 5 həftəlik qəzet və 6 onlayn media seçilib.

Bunlar “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Yeni Azərbaycan” və “Səs” gündəlik qəzetləri, “Ədalət”, “Unikal”, “Hərbi and”, “Hürriyyət” və “Həftə içi” həftəlik qəzetləri, habelə Qafqazinfo.az. Sonxəbər.az. Yenisabah.az. Mətbuat.az. Bizimmedia.az. Publika.az. xəbər saytlarıdır.

Monitorinq aşağıdakı meyarlara əsasən aparılıb:

Təqsirsizlik prezumpsiyası hüququna hörmət;

Şəxsi həyatın gizliliyi prinsipinə, o cümlədən dataların qorunması zəruriliyinə, şərəf və ləyaqətə hörmət;

Azyaşlıların, zərərçəkmişlərin şəxsiyyətinin gizliliyinin qorunması;

Media məhsullarında balansın, tərəfsizliyin, qərəzsizliyin, doğruluğun, obyektivliyin qorunması prinsiplərinə hörmət;

Stereotiplər və nifrət nitqi.

4 ay ərzində 182 267 məlumat araşdırılıb. Onlardan 9 863-də yayılması qanunla qadağan edilmiş bilgilərə yol verilib. 4518-i (45,81 faiz) onlayn medianın, 3279 – u (33,25 faiz) gündəlik qəzetlərin, 2066 – ı (20,95 faiz) həftəlik medianın payına düşüb.

Pozuntuların xarakteri üzrə ən çox “şəxsi həyatın gizliliyi”nə müdaxilələr aşkar edilib. Bu cür pozuntular 4 224 olub və ya ümumi pozuntuların 43, 38 faizini təşkil edib.

3248 (33,35 faiz) pozuntu “yetkinlik yaşına çatmayanların və zərərçəkənlərin şəxsiyyətinin gizliliyinin qorunması” meyarına aid olub.

“Təqsirsizlik prezumpsiyası”nın pozulması 1364 halda (14,01 faiz) baş verib.

“Stereotiplər və nifrət nitqi” meyarı üzrə pozuntular 561 (5,76 faiz) olub.

Qərəzsizlik və obyektivlik prinsipinin pozulmasına gəlincə, 341 belə fakt ortaya çıxıb.

Rəsmi məlumatlarda pozuntuların olmamasına baxmayaraq, media orqanları özləri  məlumatları “cəlbedici” etməyə çalışaraq tez-tez xəbər başlıqlarında pozuntulara yol verirlər.

Beləliklə, 4 ay ərzində Medianın İnkişafı Agentliyindən yardım alan 16 ən reytinqli mediada 10 minə yaxın pozuntu aşkarlanıb. Monitorinqin nəticələri sual verməyə şərait yaradır: medianı dəstəkləmək üçün büdcə vəsaitlərindən nə dərəcədə səmərəli istifadə olunur və onlar düzgün ünvan sahiblərinə çatdırılırmı?

Monitorinq həmçinin Medianın İnkişafı Agentliyinin onlayn və çap KİV üçün nəşrlərin sayına məhdudiyyət qoymasının əsassız olduğunu müəyyən edib. Belə ki, onlayn media tələbləri yerinə yetirmək üçün ayda 400 məlumat dərc etməlidir. Lakin onlayn nəşrlər bu rəqəmi toplamaq üçün nə gəldi dərc edir və ictimai əhəmiyyəti nəzərə almır.

Eyni zamanda, məlumatların 80 faizi  nəşrlərin özlərinə aid olmur, digər mənbələrdən alınır və “özününküləşdirilir”.

Araşdırma müəllifləri nəşrlərin sayı üçün həftəlik və aylıq normaların ləğv edilməsini zəruri hesab edirlər ki, mediada yalnız cəmiyyət üçün aktual materiallar dərc olunsun.

Həmçinin İnternet- resurslarda texniki problemlər-axtarış sistemlərində problemlər, saytların PDF versiyalarının əlçatmaz olması və digər problemlər aşkar edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button