2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ekvadorda daşqınlar nəticəsində dörd nəfər ölüb, dörd nəfər itkin düşüb

Ekvadorda Damas çayının daşması nəticəsində ən azı dörd nəfər dünyasını dəyişib.

“Report”un məlumatına görə, daşqın nəticəsində daha dörd nəfər itkin düşdüyü bildirilir.
Ayyurikin yaşayış məntəqəsində 80 ev dağılıb. Aloaq və Santo-Dominqo şəhərləri arasındakı tunelin bağlanması ilə əlaqədar bir neçə avtomobilin yolu kəsilib.

Təbii fəlakət bu yaxınlarda baş vermiş zəlzələdən zərər çəkənlərə baş çəkmək məqsədilə Santo-Dominqo-de-los-Tsaçilas əyalətinə səfər etmək istəyən ölkə prezidenti Rafael Korreanı planlarına dəyişiklik etməyə məcbur edib. Dövlət başçısı Ayyurikinə gələrək zərər çəkmiş şəxslərlə görüşüb və onlara öz dəstəyini ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Doris Merino əyalətinin qubernatorunun sözlərinə görə, daşqınlar nəticəsində Ayyurikinin bütün infrastrukturunun 45 faizinə ziyan dəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button