2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ələsgər Məmmədli 4 ay müddətinə həbsə alındı

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə vəkil Aqil Layic Amerikan Səsinə bildirib. Onun sözlərinə görə, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur. 
Vəkil onun səhhətində problemlərin olduğunu deyib.

“Heç bir maddi və prosessual əsaslar yoxdur. Tibbi göstərişlərə əsasən bədəninə təcili şəkildə cərrahi müdaxilə olunmalıdır. Bədənin üç hissəsində şiş var. Səhhəti normal deyil. Qeyd elədi ki, bir az nəfəs almaqda çətinlik çəkir. Çox ehtimal boğazında olan şişlə bağlıdır. Biz tibbi sənədi də məhkəməyə təqdim elədik. Təəssüflər olsun ki, heç bir səbəb olmadan , sadəcə qarşısında olan ittihamı və eyni zamanda təqdimat vəsasətini təsdiq edildi”, vəkil qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil Layic bildirib ki,məhkəmədə çıxış edən Ələsgər Məmmədli həbsinin akademik, ictimai fəaliyyəti ilə əlaqələndirib.

Vəkil həmçinin heç bir fiziki zorakılıq və pis rəftar olmadığını bildirib. Qərara münasibətə gəldikdə isə vəkil bunları dedi

“Ələsgər bəy təəssüf elədi. Dedi ki, bu qərarı verənlər üçün də nə zamansa baş ucalığı gətirməyəcək. Sabah mənim səhhətimə bir şey olsa ən azından daxili vicdanı ilə üz üzə qalacaqlar”, vəkil əlavə edib.

Aqil Layıc birinci instansiya məhkəməsindən apellyasiya şikayəti veriləcəyini də qeyd edib.

Ələsgər Məmmədlinin yaxınlarının Amerikanın Səsinə dediyinə əsasən, onun evində axtarış zamanı 60 min avro pul tapılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button