2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Nağıyev: “Azərbaycan hökuməti Qarabağ ermənilərinin əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir”

“Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniəsilli vətəndaşların əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökuməti hərtərəfli təminat verir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriç ilə keçirilən görüşdə deyib.

O, regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniəsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button