2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Elmar Vəliyevi güllələyən şəxs Rusiya vətəndaşıdır – PASPORT

Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevi və mühafizəçisini güllələyən şəxsin fotosu yayılıb.

24saat.org xəbər verir ki, 1983-cü il təvəllüdlü Yunis Səfərovun pasportunun sosial şəbəkələrdə fotosundan məlum olur ki,  o, Rusiya Federasiyasının vətəndaşıdır . Moskva şəhərində yaşayan YşSəfərovun Azərbaycana hansı məqsədlə gəldiyi araşdırılır.

Hadisə 3 İyul 20.30 radələrində baş verib. Rəsmi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında Elmar Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Hadisə nəticəsində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazovun xəsarət aldığı bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

Qeyri-rəsmi məlumata görə, Elmar Vəliyevin cangüdəni xəstəxanada dünyasını dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button