Bizim tərcüməDünya

Eniş zolağına düşən sərnişin təyyarəsi yük maşını ilə toqquşub! Peruda dəhşətli qəza

Peruda hava limanına enən sərnişin təyyarəsinin eniş zolağının kənarında yük maşını ilə toqquşması nəticəsində ilkin məlumata görə, iki nəfər həlak olub.

Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi paytaxt Limanın Xorxe Çaves Beynəlxalq Hava Limanına endikdən sonra yol kənarında yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.

Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxdığı görülüb.

Hava limanı şirkətindən verilən açıqlamada, təyyarənin sağ qanadının yük maşınına dəydiyi və qəzanın səbəblərinin araşdırıldığı bildirilib. Peru Yanğınsöndürmə Xidmətinin rəisi Luis Ponse La Jara toqquşma nəticəsində iki yanğınsöndürənin həlak olduğunu açıqlayıb.

Səlahiyyətlilər təyyarədə neçə sərnişinin olduğu və qəzanın təsirindən neçə nəfərin yaralandığı barədə məlumat verməyib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Berlində quş qripi xəbərdarlığı! zoopark bağlandı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button