2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Entoni Blinken Qazaxıstandadır

ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) fevralın 28-də Mərkəzi Asiyaya gəlib. O burada beş keçmiş sovet respublikasının rəsmiləri ilə görüşməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters yazır ki, Blinkenin Qazaxıstan və Özbəkistan paytaxtlarına bu səfəri prezident Co Bayden (Joe Biden) administrasiyası baş diplomatının regiona ilk səfəridir.

Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, səfər Rusiyanın Ukraynaya qarşı təcavüzünün birinci ildönümü dövrünə təsadüf edir.

Qeyd olunur ki, bu müharibə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda Rusiyanın təsiri üçün bir növ sınağa çevrilib. Moskva bu ölkələrdən özünə qarşı sanksiyalardan yayınmaq üçün istifadə etməyə çalışır.

Reuters yazır ki, hazırda Rusiyanın bu ölkələrin bazarlarına ehtiyacının kəskin artması region liderlərini cəsarətləndirib.

Blinken fevralın 28-də Astana şəhərində beş Mərkəzi Asiya ölkəsinin xarici işlər nazirləri ilə görüşməlidir.

Belə görüşlər C5+1 formatı kimi tanınır.

Bundan sonra onun Daşkəndə yola düşəcəyi gözlənilir.

ABŞ rəsmiləri deyirlər ki, bu səfərdən məqsəd Amerikanın regiondakı marağını və onunla əməkdaşlığın faydalarını nümayiş etdirmək məqsədi güdür.

Blinken: Suverenlik və müstəqillik sözlərinin daha böyük mənası

Blinken fevralın 28-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

O ötən noyabrda təkrar prezident seçilib və Vladimir Putinin Ukraynadakı ərazi iddialarını açıq tənqid edib.

Tokayev prezident sarayındakı görüşdə deyib ki, onun ölkəsi ilə ABŞ arasında təhlükəsizlik, enerji, ticarət və investisiyalar kimi strateji sahələrdə yaxşı və etibarlı əməkdaşlıq var.

Blinken bundan əvvəl Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdı ilə görüşündə Vaşinqtonun Qazaxıstanın suverenliyini, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Blinken Ukrayna müharibəsinə işarə ilə deyib:

“Bəzən biz bu sözləri sadəcə ifadə edirik. Lakin onların real mənası var və əlbəttə biz bilirik ki, bu, hazırkı dövrdə adətən olduğundan daha böyük rezonansa malikdir”.

Rusiya və Qazaxıstan arasında quru sərhədi dünyanın ən uzun sərhədidir. Məhz bu və Qazaxıstanın şimal regionlarında ikinci böyük etnik azlığın – rusların yaşaması hazırkı şəraitdə qazaxları narahat edir.

Qazaxıstandakı rusların sayı yalnız Ukraynadakı rus əhalisinin sayından geri qalır.

24 saat” “
Entoni Blinken Qazaxıstandadır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button