2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erdoğanın Füzuliyə səfərinə dair

Bakı/25.10.21 Türkiyə prezidenti Recep Tayyip Erdoğan çərşənbə axşamı, oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə bu ölkəyə bir günlük işgüzar səfərə gələcək.

Erdoğan və Əliyev 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı erməni işğalından azad edilmiş Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.

İki ölkə lideri həmçinin Zəngilanda Türkiyənin dəstəyi ilə salınacaq “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş addımlar nəzərdən keçiriləcək.

Görüşdə həmçinin cari regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılacaq, xəbəri Anadolu agentliyi yayıb. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button