2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənilərin növbəti hiyləsi: Xaçaturyan nəyin üstünü açıb? 

Ermənistan prezidenti Vahan Xaçaturyan müxalifətin “Qarabağın heç vaxt Azərbaycanın tərkibində ola bilməyəcəyi”ni bəyan etmək tələbinə münasibət bildirib.

“Müqavimət Hərəkatı” iki aydır fasiləsiz etiraz aksiyaları keçirir, rəsmilərdən Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını təsdiqləməsini tələb edir. Etiraz aksiyaları, Baş nazir Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin Ermənistandan Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini yumşaltmağa çağırdığını, əks halda, erməni tərəfinə yardım göstərə bilməyəcəyini bəyan etməsindən sonra başlayıb.

“Biz realist olmalıyıq. Əgər siz belə bir şeyi bəyan edirsinizsə, manevr hüququndan məhrum olursunuz. Biz siyasət və diplomatiyanı populizm və ictimai bəyanatlardan ayırmağı bacarmalıyıq. Biz bunu etmirik və bütün bunları bir-birinə qatırıq”, – Xaçaturyan prezident seçilməsinin 100 günü münasibətilə İctimai Televiziyaya müsahibəsində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, danışıqlar prosesində iştirak edən məmurları manevr imkanlarından məhrum etmək lazım deyil. Xaçaturyan onu da bəyan edib ki, müxalifət nümayəndələri arasında da əvvəllər oxşar vəziyyətə düşmüş insanların var və bu baxımdan müxalifət nümayəndələrinin davranışı onda suallar yaradır.

Xaçaturyan əslində açıq şəkildə etiraf edir ki, rəsmi İrəvan danışıqlarda söz oyunu ilə məşğuldur. Yəni, Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımır, lakin danışıqlar ritorikasında bunu gizlətməyə hazırdır. Bu isə rəsmi Bakıya danışıqlar zamanı konkret olaraq bu mövzuda İrəvana etibar etməyin mümkün olmadığı ilə bağlı siqnaldır. Bəs nə etmək lazımdır? Onunla Qarabağ ermənilərinin gələcəyi ilə bağlı hansısa məsələni müzakirə etməyin mənası varmı?

Pressklub.az-ın suallarını konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani cavablandırıb:

– Mən, Dağlıq Qarabağ münaqişəsi üzrə alim və mütəxəssis kimi bu suala dəqiq və aydın cavab verməyə çalışacağam.

İlk növbədə, əminliklə bəyan edirəm ki, Ermənistanın heç bir hökuməti heç vaxt deyə bilməyəcək ki, Qarabağ Azərbaycanın ərazisidir və onun tərkibində qalmalıdır. Belə bir bəyanat dərhal daxili vəziyyəti partlayış həddinə gətirər və ölkə qarşıdurmanın ən kəskin mərhələsinə qədəm qoyar.

Digər tərəfdən, Qarabağın erməni əhalisi var, onlar dərhal özlərini rəsmi İrəvan tərəfindən satılmış vəziyyətdə hiss edəcəklər və bu, vəziyyəti daha da gərginləşdirəcək. Amma bu o demək deyil ki, Ermənistan 2020-ci il müharibəsindən sonra hansı əlverişsiz hərbi-siyasi vəziyyətə düşdüyünü dərk etmir. Onlar yaxşı bilirlər ki, yaxın gələcəkdə ardıcıl üçüncü müharibə onlar üçün tam fəlakətlə bitə bilər, ona görə də bundan qaçmaq üçün əllərindən gələni edirlər. Məhz bu çıxılmaz vəziyyətdə böyük itkilərə yol verməməyə çalışırlar və bu da təbiidir.

Fikrimcə, onlar 10 noyabr 2020-ci il tarixli sənəddə göstərilən şərtlərə tam əməl edəcəklər. Bu da siyasi hərarəti az-çox aşağı salacaq və tərəflərə münasibətlərin tənzimlənməsinin növbəti mərhələsinə keçməyə imkan verəcək.

Azərbaycan tərəfinə gəlincə, rəsmi Bakı daha yaxşı vəziyyətdə olsa da, o da bəzi şeyləri düşünməli və təhlil etməli olacaq. 2020-ci ildə imzalanmış sənəd natamam da olsa, qələbə gətirdi: Bakı hərbi əməliyyatları Şuşa yaxınlığında dayandırmağa və Dağlıq Qarabağın böyük hissəsinin nəzarətindən kənarda qalmasına razılaşmağa məcbur oldu. Son nəticədə bu, onun nəzarətində olmayan zonada Rusiya sülhməramlılarını yerləşdirilməsinə gətirib çıxartdı. Bu, rəsmi Bakının nəzərə almaması mümkün olmayan faktdır. Bir konfliktoloq kimi hesab edirəm ki, Bakı yaranmış şəraitdə rəsmi İrəvanla danışıqlara paralel olaraq, Qarabağın erməni əhalisi ilə birbaşa əlaqə qurmalı, onları ilk növbədə firavanlığa, iqtisadi çiçəklənməyə, ən əsası isə sülh və təhlükəsizlik perspektivlərinə inandırmalıdır. Eyni zamanda, onları daha çox inandırmaq üçün müəyyən status təklif etmək lazımdır. Təbii ki, mənim təklif etdiyim “resept” mürəkkəb və uzun sürən prosesdir, lakin düzgün və əsaslı siyasi addımlar atılarsa, şübhəsiz ki, nəticə verəcək.

Rauf Orucov

24 saat” “Ermənilərin növbəti hiyləsi: Xaçaturyan nəyin üstünü açıb? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button